Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-219/2024 26.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icraatının dayandırılması barədə borclu Babayeva (Sucayeva) Gülnar Arif qızının ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Babayeva (Sucayeva) Gülnar Arif qızı ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və məhkəmə araşdırmaları başa çatana kimi icra işininin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona, yəni X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və 04.08. 2015-ci il təvəllüdlü X4 Bakı şəhəri Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən. 140-da yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Tələbkar ilə nikah bağlayaraq ailə qurmuş, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 455N-li akt qeydi ilə nikahı rəsmiləşdirilmişdir. Nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3406/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 520 N ilə qeyd edilərək, xx.xx.2023-cü il tarixli, AZ-1 468407 N-li şəhadətnamə verilmişdir. İddiaçı ilə aralarında bağlanmış barışıq sazişinə əsasən birgə nikahdan anadan olmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında qalması və onun da iddiaçıdan aliment tələbinin olmamasına dair razılığa gəlmişlər. O, hal-hazırda uşaqları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən. 140-da yerləşən mənzildə yaşayır. İddiaçı onun övladları ilə birlikdə mənzilin tərk edilməsini tələb edir. Səbəb kimi əmlakından istifadə edə və sərəncam verə bilməməsini qeyd edir. O, xx.xx.2010-cu il tarixdən, yəni iddiaçı ilə ailə qurduğu gündən və sonradan uşaqları dünyaya gəldikdən sonra da onlarla birlikdə Bakı şəhəri, Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzildə yaşayır. Artıq 14 ildir həmin mənzildə yaşayır. Bu hal onun həmin mənzildən istifadə hüququnun olmasını bir daha təsdiq edir. İddiaçı öz doğma övladlarını mənzildən qovmaq istəyir. İddiaçı bununla da uşaqların uşaq hüquqları haqqında beynəlxalq konvensiyalarda, Azərbaycan Respublikasının mülki, Ailə qanunvericiliyi ilə təsbit edilmiş mənzilə olan mülkiyyət hüquqlarını pozur. Onun və uşaqlarının başqa yaşayış yeri yoxdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004) 388/2024 saylı qətnaməsi ilə Babayeva (Sucayeva) Gülnar Arif qızının, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 388/2024-017 saylı icra sənədinə əsasən icra olunmaq üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarına əsasən onun və uşaqları 18.01 2011-ci il təvəllüdlü X2 və 04.08. 2015-ci il təvəllüdlü X4 Bakı şəhəri Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən. 140-da yerləşən mənzilindən çıxarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəmısinin xx.xx.2024-cü il tarixli, 2(004)-388/2024-cü il saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər. Onun və uşaqlarının başqa yaşayış yeri yoxdur. Eyni zamanda artıq 14 ildir həmin mənzildə yaşayır. Bundan başqa, uşaqlarının “Uşaq hüquqları haqqında” beynəlxalq konvensiyalarda, Azərbaycan Respublikasının mülki, Ailə qanunvericiliyi ilə təsbit edilmiş mənzilə olan mülkiyyət hüquqlarını pozulur. İcraçı qəbul etdiyi qərarla təkidlə onun və uşaqlarının mənzili boşaltmağını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə kimi icra işininin dayandırılması hissəsində əsaslı olduğu üçün qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icraatı dayandırılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 388/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvan küçəsi, məhəllə 615, ev 15, mən.140-da yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən X6 icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü icra etməməsi bildirilmiş, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. X5 anası xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etmişdir. İş materiallarında olan apellyasiya şikayətinə əsasən X7 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işə yenidən baxıb yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh X7 tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3085/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə çıxarılmış qərardadın nəticəvi hissəsinə dair çıxarışa əsasən apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul edildiyindən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmalıdır. Məhkəmə ərizənin Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, ərizə həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, ərizə və müfaviq icra işi araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru, müvafiq “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri icra edərək yerinə yetirmiş, icra vərəqi üzrə qanunda müəyyən edilmiş müddətdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli icraata başlanılması haqda qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1.5 və 21.2-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Ərizə qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il icra sənədinin icraatı dayandırılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi (alındığı) andan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-219/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-219/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver