Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-220/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Yasamal rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 15.05.2015-ci il təvəllüdlü X2 və 15.09.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Tələbkar ödənilməlidir. Yasamal rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə icra məmuru Səvxan Abbasov məhkəməyə təqdimat verərək xx.xx.1989-cu il tarixdə Volqodonsk şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Rabitə Kolleci yataqxanasında faktiki olaraq yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 2703/2020 saylı, 02.06.2020-ci il tarixli icra sənədi üzrə Borclu 02.06.2020-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra sənədi üzrə tələbkar, borclu və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar, borclu və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkar, borclu və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Borclu tələbin könüllü icrası barədə bildirişi 24.08.2020-ci il tarixdə qəbul etsə də, tələbi icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1989-cu ildə Volqodonsk şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Rabitə Kollecinin yataqxanasında faktiki olaraq yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-220/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-220/2022
12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver