Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-220/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin, Tələbkar iştirakı ilə , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə Borclu mülkiyyətində olan “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Hazırda 3088 manat aliment borcu vardır. Bununla belə “İcra haqqında” AR Qanununun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə təqdimatı müdafiə etdiyini, borclunun ödənilməmiş aliment borcunun olduğunu və xeyli müddətdir ki, icra edilmədiyini bildirərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. İcra işi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022ci tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli “tələbin dərhal icrası haqqında” bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, xx/xx-2979xx/xx-3874 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobin üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarı aidiyyatı üzrə AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. E297908/2022-53-7 saylı icra işi üzrə “Elektron icra” informasiya sistemində aparılmış sorğunun nəticəsinə əsasən, “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı, 1999-cu ildə istehsal olan, gümüşü metalik rəngli, WDBHA24G5XA739371 Ban nömrəli avtomobilin Borclu mülkiyətində olması məlum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq uzun müddətdir ki, icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, bununla da qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etmək mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3933/2022-009 nömrəli, xx.xx.2022ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes 230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-220/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-220/2023
14.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver