Məhkəmə qərarları › İş №8(004)-220/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-220/2024

27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-220/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İş üzrə X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş üzrə borclu X8 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, 26.04 2017-ci il tarixli icra vərəqi üzrə qəbul edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqi üzrə icra məmurunun borcluların digər əmlakları üzərinə həbs qoyaraq, onların hərraca çıxarılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin həyata keçirilməsinin icra məmuruna qadağan edilməsi barədə qərardad qəbul edilməsi; icra vərəqi üzrə qeyd edilən 2010-cu il buraxılışlı, şassi/ban nömrəsi WDD221172İA317567 olan, **-XX-*** dövlət qeydiyyat nişanlı, karbon qara rəngli “MERCEDES BENZ S63 AMG” minik markalı avtomobilin qiymətləndirilməsi, hərraca çıxarılması, tələbkar “X17 Azərbaycan” QSC-nə təklif edilməsi və onun mülkiyyətinə keçirilməsinə dair həyata keçirilən icra hərəkətlərinin rəsmi sənədlər tələb edilərək öyrənilməsi, bu zaman yol verilən kobud qanun pozuntularına (dələduzluq - CM 178, vəzifə səlahiyyətlərindən sui-istifadə - CM 308, vəzifə səlahiyyətlərini aşma - CM 309, vəzifə saxtakarlığı - CM 313, sənədlərin saxtalaşdırılması - CM 320) hüquqi qiymət verilməsi üçün MPM 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon İcra Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3066/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(004)-272/2016 saylı qətnaməsi qismən - faiz borcunun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, X6 və X2 müştərək qaydada “X17 Azərbaycan” QSC-nin xeyrinə 07 iyun 2013-cü il tarixli 213/2040 nömrəli kredit müqaviləsi üzrə 12.101.40 (on iki min bir yüz bir tam yüzdə qırx) ABŞ dolları (ödəniş günü məzənnəyə uyğun olaraq manatla) miqdarında faiz borcunun tutulması, qətnamə mübahisələndırilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) və 40 manat məbləğində pulun cavabdehlər X6 və X2 tutularaq iddiaçı “X17 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan 2010-cu il buraxılışlı, şassi/ban nömrəsi WDD221172İA317567 olan, **-XX-*** dövlət qeydiyyat nişanlı, karbon qara rəngli "MERCEDES BENZ S63 AMG" minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən icra vərəqi hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icraatındadır. Həmin icra işi üzrə kobud pozuntulara və qanun pozuntularına yol verildiyindən, hesab edirik ki, icra məmurunun hərəkətləri qanunsuz hesab eidlməli və icra məmrunun qəbul etdiyi bir qisim qərarlar ləğv edilməli, iş üzrə yol verilən kobud qanun pozuntularına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilərək, baxılması üçün Baş Prokurorluğa göndərilməlidir. Həmin icra işi üzrə pozuntular aşağıdakı kimidir: tələbkar bank və icra şöbəsi tərəfindən avtomobil qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində ümumi olaraq 62760,52 ABŞ dolları əsas borc və 12101,40 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 75861,92 ABŞ dolları məbləğində borcun ödənilməli olduğu və həmin tələbin borclu X9 məxsus “Mercedes Benz S63” minik markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı və banka olan borcun ödənilməli olduğu göstərilir. Bildirmişdir ki, sözügedən avtomobil onlara məlum olmayan şəraitdə 41437 manat məbləğində qiymətləndirilərək, tələbkar bankın adına keçirilmişdir. İcra vərəqinin icra edildiyi Yasamal rayon İcra Şöbəsində isə avtomobilin qiymətləndirilməsi, hərraca çıxarılması, daha sonra tələbkara təklif edilməsi və sair bu kimi icra prosesləri barədə heç bir sənəd yoxdur. Avtomobilin kim tərəfindən, necə qiymətləndirilməsi, hansı icra prosesləri nəticəsində tələbkarın mülkiyyətinə keçməsi tamamilə naməlumdur. Onlar Yasamal İcra Şöbəsindən bu barədə rəsmi sənədləri tələb etsələr də, heç bir sənədin olmadığı bildirilərək, sənədlərin verilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəmədən xahiş edir ki, icra vərəqində qeyd edilən “Mercedes Benz S63” minik markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair icra sənədlərini icra şöbəsindən tələb edərək, araşdırılması həyata keçirilsin. Həmçinin, “Mercedes Benz S63” markalı avtomobilin real bazar dəyəri ən azı 70000 ABŞ dolları olduğu halda həmin avtomobilin 41437 manata tələbkara verilməsi ciddi şübhələr doğurur. Bu səbəbdən həmin sənədlər məhkəmə tərəfindən tələb edilərək, gətirilməli və qanunpozuntuları araşdırılaraq, cinayət əlamətləri aşkar ediləcəyi təqdirdə MPM-nin 265.4-cü maddəsinə əsasən tədbirlər görülməlidir. İcraata başlamaq haqqında qərar yanlış və qanunsuzdur. Belə ki, qeyd edilən icra vərəqi ilk dəfə 2017-ci il tarixdə icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinin icraatına qəbul edilmiş, həmin şöbədə icraata başlanılmış və yuxarıda sözügedən avtomobil müəmmalı şəkildə tələbkara verildikdən sonra həmin iş üzrə icraata xitam verilmişdir. İş xitam edildikdən sonra tələbkar həmin xitam qərarından məhkəməyə şikayət etmiş, bundan sonra iş yenidən icraya göndərilmiş və hazırki xx.xx.2021-ci il tarixli icraata başalamaq haqqında qərar əsasında icra proseslərinə başlanmışdır. Lakin, icra məmurunun icraata başlamaq haqqında qərarı yanlış və qanunsuzdur. Çünki, icra məmuru xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarında 62760,52 ABŞ dollarının və 80 manat məbləğində pul vəsaitinin borclulardan tutularaq, tələbkar banka ödənilməli olduğu qeyd edilmişdir. Əvvəla, icraata başlamaq haqqında qərarda qeyd edilənlər icra vərəqinə ziddir. İcra vərəqində qeyd edilənlər tamamilə başqa məzmunludur. İcra məmurunun icra vərəqində göstərilənlərdən kənara çıxmaq, istədiyi cümlələri həmin qərara yazmaq səlahiyyəti yoxdur. İcraata başlamaq haqqında qərarda dəqiq olaraq icra vərəqində göstərilən və icra edilməli məsələ olduğu kimi qeyd edilməlidir. Lakin, icra məmurunun xx.xx.2021-ci il tarixli icraata başalamaq haqqında qərarında qeyd etdikləri, icra vərəqinə deyil, icra məmurunun öz mülahizələrinə əsaslanır. Bunu müəyyən etmək üçün icra vərəqi ilə icraata başlamaq haqqında qərarı yan-yana qoyub oxumaq kifayətdir. Əvvəla, icra vərəqində məhz aşağıdakı sözlər qeyd edilir. “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016cı il tarixli, 2(004)-272/2016 saylı qətnaməsi qismən - faiz borcunun tutulmasına dair hissədə ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. X6 və X2 müştərək qaydada “X17 Azərbaycan” QSC-nin xeyrinə 07 iyun 2013-cü il tarixli 213/2040 nömrəli kredit müqaviləsi üzrə 12.101,40 (on iki min bir yüz bir tam yüzdə qırx) ABŞ dolları (ödəniş günü məzənnəyə uyğun olaraq manatla) miqdarında faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) və 40 manat məbləğində pulun cavabdehlər X6 və X2 tutularaq iddiaçı “X17 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan 2010-cu il buraxılışlı, şassi/ban nömrəsi WDD221172İA317567 olan, **-XX-*** dövlət qeydiyyat nişanlı, karbon qara rəngli “MERCEDES BENZ S63 AMG” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılsın”. İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021 -ci il tarixli icraata başlamaq haqqında qərarda isə icra məmuru qeyd edir: icra sənədi üzrə borclu X8, X6 62760.52 ABŞ dolları, 80 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X17 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir”. Göründüyü kimi, icraata başlamaq haqqında qərarda qeyd edilənlər, icra vərəqinə uyğun deyil. Bundan əlavə, icra məmurunun qeyd etidyi məbləğ heç bir məntinə sığmır. Çünki, icra vərəqində həmin məbləğ deyil, başqa bir məbləğ göstərilib. Həmçinin, icra məmuru ikinci dəfə icraata başlayarkən, avtomobililə bağlı məsələni qeyd etməmişdir. Bu zaman ehtimal olunur ki, icraməmuru artıq avtomobilin tələbkara təhvil verildiyini nəzər almış və bu səbəbdən onu qeyd etməmişdir. Lakin, icra məmuru avtomobilin tələbkara təhvil verildiyini nəzərə alsa da, həmin avtomobilin dəyəri olan (bu qiymətlə də biz razılaşmırıq və burada korrupsiya hüquqpozmalarına, dələduzluğa, vəzifə saxtakarlığına yol verildiyni güman edərək, həmin məsələnin araşdırılmasını tələb edirik) 41437 manatı ümumi tələbdən çıxmamışdır. Göründüyü kimi, icra məmurunun qəbul etdiyi xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qanunsuz və əsassızdır, həmçinin onda göstərilən tələb və məbləğ icra vərəqinə uyğun deyil, bu səbəbdən ləğv edilməlidir. İcra məmurunun borcluların digər əmlaklarına tələbin yönəldilməsi barədə hərəkətləri qanunsuzdur. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu X4 məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evi və ünvan 8 saylı torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən 8(004)-53/2024, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş, təqdimat qismən təmin edilərək, borclu X4 məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Hesab edir ki, icra məmurunun hazırki icra sənədi üzrə məcburi icra hərəkətləri həyata keçirmək səlahiyyəti yoxdur. Çünki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində 62760,52 ABŞ dolları əsas və 12.101,40 ABŞ dolları faiz borcunun ödənilməli olduğu və icra üsulu göstərilir. Belə ki, həmin icra vərəqinə əsasən tələb X9 məxsus “Mercedes Benz S63” minik markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı və banka borcu ödənilməlidir. İcra vərəqində göstərilən icra üsulu yerinə yetirilmiş və həmin avtomobil 41437 manat məbləğinə tələbkara təklif edilmiş və tələbkar da həmin qiymətə avtomobili əldə etmişdir (amma bu barədə onlara heç bir rəsmi sənəd təqdim edilməmişdir). Göründüyü kimi, icra vərəqində birbaşa qeyd edilən borcun “Mercedes Benz S63” minik markalı əmlaka yönəldilməli və həmin avtomobilin açıq hərracdan satılması yolu ilə banka olan borcun ödənilməli olduğu göstərilir. Həmin avtomobilin hərracdan satıldıqdan sonra borcun ödənilməsinə kifayət edib-etməyəcəyi göstərilməmiş, kifayət etməyəcəyi təqdirdə kreditorun borcunun ödənilməsinin borlcuların digər əmlakları hesabına həyata keçirilməsi göstərilməmişdir. Bu səbəbdən icra məmurunun icra vərəqində göstərilənlərdən kənara çıxaraq, borcun ödənilməsi üçün borcluların digər əmlaklarını hərraca çıxarmaq barədə həyata keçirdiyi bütün hərəkətlər qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini və icra işini araşdıraraq, hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında və icra işində olan: - ünvan 2 xx.xx.2016-cı il tarixli icra vərəqinə əsasən cavabdeh X6 69107,52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) və 40 manat məbləğində pul tutularaq iddiaçı “X17 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən ünvan 2 xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(004)-272/2016 saylı qətnaməsinin qismən - faiz borcunun tutulmasına dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi; X6 və X2 müştərək qaydada “X17 Azərbaycan” QSC-nin xeyrinə 07 iyun 2013-cü il tarixli 213/2040 nömrəli kredit müqaviləsi üzrə 12.101,40 (on iki min bir yüz bir tam yüzdə qırx) ABŞ dolları (ödəniş günü məzənnəyə uyğun olaraq manatla) miqdarında faiz borcunun tutulması; qətnamənin mübahisələndirilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) və 40 manat məbləğində pulun cavabdehlər X6 və X2 tutularaq iddiaçı “X17 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan 2010-cu il buraxılışlı, şassi/ban nömrəsi WDD221172İA317567 olan, **-XX-*** dövlət qeydiyyat nişanlı, karbon qara rəngli “MERCEDES BENZ S63 AMG” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi barədə 71 saylı, 08 noyabr 2017-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən X10 məxsus “MERCEDES BENZ S63 AMG” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili 41437,50 manat qiymətə tələbkar “X17 Azərbaycan” QSC əldə etmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarına əsasən borclu X11 ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün ünvan 2 xx.xx.2016-cı il tarixli icra sənədi icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən həyata keçirilmiş icra tədbirləri nəticəsində sözügedən avtomobil “X5” MMC-nin 71 nömrəli, xx.xx.2017-ci il tarixli protokoluna əsasən tələbkar tərəfindən əldə edildiyindən ünvan 2 xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 17 noyabr 2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin 12 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi (icra vərəqəsi) yenidən icraya yönəldilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən X4 və X10 icra sənədində göstərilən tələbin könüllü icra etməyi xahiş olunmuşdur. - “X17 Azərbaycan” QSC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi (icra vərəqəsi) üzrə icraatın nə yerdə olması barədə, icra işinin rəhbərlik etdiyi İcra və Probasiya Şöbəsində hansı icra məmurunun icraatında olması və icra sənədlərin hazırki icra vəziyyəti barədə tələbkar “X17 Azərbaycan” QSC-yə məlumat verilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin “X17 Azərbaycan” QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli məhkəmə qərarının icrasını təmin etmək məqsədilə N.Sadıqovun mülkiyyətində olan “Hyundai Equus” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarılması haqqında qərar icra olunması üçün xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə DİN-in BDYPİ-nə göndərilmişdir. Məhkəmə qərarının icrası tərəflərindən nəzarətdə saxlanılmaqla borcun ödənilməsi istiqamətində tədbirlərin davam etdirilməsi bildirilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarına əsasən X4 məxsus “Hyundai Equus” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. - “X17 Azərbaycan” QSC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra işi üzrə cavabdeh olan X3 mülkiyyətində olan “Hyundai Equus” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı barəsində nəticə olub-olmaması barədə tələbkar “X17 Azərbaycan” QSC-yə məlumat verilməsi xahiş olunmuşdur. - “X17 Azərbaycan” QSC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra vərəqəsində göstərilən tələblərin icra olunmasının təmin edilməsi, icraatın gedişatı ilə əlaqədar həyata keçirilən bütün digər icra hərəkətləri ilə bağlı yazılı məlumat verilməsi, icra tədbirlərinə dair müvafiq sənədlərin tələbkar “X17 Azərbaycan” QSC-yə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 11 dekabr 2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı tərəflərindən xx.xx.2023-cü il tarixdə icra olunaraq Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan 2015-ci il buraxılışlı “Mercedes Benz S 350 minik” markalı, **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, 07 yanvar 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin “X1 əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 8(004)-775/2023 saylı qərardadından borclu X8 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-53/2024 saylı, 25 yanvar 2024cü il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı qismən təmin edilərək, borclu X4 məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 25 yanvar 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı əsasında “Mercedes Benz S 350 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq DİN Baş X16 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-54/2024 saylı, 26 yanvar 2024cü il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1986-cı il təvəllüdlü ünvan 9 ünvanında qeydiyyatda olan borclu X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - X1 xx.xx.2024-cü il tarixli izahatına əsasən onun qətnamədən məlumatı olmamış, bildirmişdir ki, qətnaməni rəsmi formada əldə edib kassasiya şikayəti verəcəklər. Həmçinin bildirmişdir ki, ona icra şöbəsində bu günədək bildiriş gəlməyib. Göründüyü kimi, ilk öncə ünvan 2 xx.xx.2016-cı il tarixli icra vərəqi icrata yönəldilmiş və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən ünvan 2 xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi icraya yönələrək 17 avqust 2017-ci il tarixdə icra vərəqəsi verilmiş, iş üzrə icraata xitam olunduğundan, tələbkarın şikayət ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3066/2017 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilərək, xx.xx.2021-ci il tarixdə yenidən icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, iş materiallarında olan “icraata xitam verilmə haqqında” Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 12 iyun 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3066/2017 saylı, 06 sentyabr 2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, əsas kimi – borclu X9 məxsus “Mercedes Benz S63 AMG” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 08 noyabr 2017-ci il tarixdə keçirilmiş açıq hərrac zamanı tələbkar bank tərəfindən əldə olunması göstərilmişdir. Müvafiq icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə təkrarən icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün icra tədbirləri görülmüşdür. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən müxtəlif qurumlara (borclunun mülkiyyətində olan əmlakları barədə, gəlirləri barədə və s.) sorğular verilmiş və cavablar alınmış, borcluya tələbin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarı ilə X4 məxsus “Hyundai Equus” minik markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmiş, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan 2015-ci il buraxılışlı “Mercedes Benz S 350 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-53/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə borclu X4 məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, şikayət ərizəsi və müfaviq icra işi araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru, müvafiq “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri icra edərək yerinə yetirmiş, icra vərəqi üzrə qanunda müəyyən edilmiş müddətdə icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədinin icra olunması üçün icra istiqamətində dəfələrlə istər tələbkarın ərizələri, istərsə də, icra nəzarət qaydasında müvafiq qurumlara sorğular vermiş, məhkəməyə təqdimatlar vermiş və bununla da, öz vəzifələrini yerinə yetirmişdir. Məhkəmə ərizəçinin şikayət ərizəsində “Mercedes Benz S63” minik markalı, **-XX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin real bazar dəyərinin ən azı 70000 ABŞ dolları olduğu halda həmin avtomobilin 41437 manat məbləğində qiymətləndirilərək, hərracdan satılması və tələbkar bankın adına keçirilmənin qanunsuz olması və bunun onda ciddi şübhələr doğurmasına dair mülahizələrinə münasibət bildirərək qeyd edir ki, bu hallar şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi barədə 71 saylı, 08 noyabr 2017-ci il tarixli hərracın yekunları barədə protokolundan görünür ki, X10 məxsus “MERCEDES BENZ S63 AMG” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili 41437,50 manat qiymətə tələbkar “X17 Azərbaycan” QSC əldə etmişdir. Məhkəmə hesab edir ki, ərizədə qeyd olunan əsaslarla buna subyektiv hüququ olan şəxs və ya şəxslərin, iş icra mərhələsində olduğu təqdirdə avtomobilin qiymətləndirilməsinə dair icra məmurunun qərarından şikayət etmək hüququ, hazırki halda isə, yəni avtomobil acıq hərrac vasitəsi ilə satıldıqdan sonra isə hərracın nəticələrinin etibarsız hesab edilməsi (hərrac müqaviləsi və protokolun etibarsız və ya ləğv edilməsi tələbi) tələbi ilə iddiaçı qismində məhkəmədə iddia qaldırmaq hüquqları olmuşdur. Məhkəmə eyni zamanda ərizəçinin, icra məmurunun icraata başlamaq haqqında qərarının yanlış və qanunsuz olduğundan ləğv edilməsi barədə dəlilləri ilə də, razılaşmayaraq qeyd edir ki, məhz, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, xx.xx.2020-ci il tarixli qərardına əsasən, icra məmuru tərəfindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, 26 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundna başqa məhkəmə, icra vərəqi üzrə icra məmurunun borcluların digər əmlakları üzərinə həbs qoyaraq, onların hərraca çıxarılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin həyata keçirilməsinin icra məmuruna qadağan edilməsi barədə şikayətin dəlillərini də, əsassız sayır. Belə ki, qeyd olunan əmlaklar üzərinə icra məmurunun təqdimatı əsasında məhkəmə qərardadları ilə həbs qoyulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətləri qanuni olduğundan və icra məmurunun hər hansı hərəkətsizliyi müəyyən edilmədiyindən, iş üzrə X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar