Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-223/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2330/2024 nömrəli, 16 may 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abıyevin “həbsin götürülməsi” barədə təqdimatına Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abıyev “həbsin götürülməsi” barədə təqdimatla müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Mitsubishi Pajero” minik markalı, **-GZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2330/2024 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədi əsasən Borclu cəmi 48453.31 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. İcra sənədinin icrası ilə Borclu 191 saylı Hərbi Hissədə işlədiyi məlum olmuş və onun əmək haqqından 50 faiz tutulması üçün yönəldilmiş, hazırda tutulmalar aparılır. İcra tədbirləri nəticəsində Borclu mülkiyyətində “VAZ 21074” minik markalı, **-DF-*** və “Mitsubishi Pajero” minik markalı 90-GZ- 850 dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu məlum olmuş və təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, həmin məhkəməninin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bundan sonra şöbəyə ərizə ilə müraciət edən X2 etibarnamə əsasında “Mitsubishi Pajero” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddət əvvəl Borclu almış və hazırda etibarnamə ilə onun istifadəsindədir. İş üzrə Tələbkar ASC-nin 113İB nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, faktiki X1 istifadəsində “Mitsubishi Pajero” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə tələbkarın heç bir etirazı yoxdur. İcra sənədi üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan icra məmurunun təqdimatına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, müvafiq əmlaklın üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2330/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasən Borclu cəmi 48453.31 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “VAZ 21074” minik markalı, **-DF-*** və “Mitsubishi Pajero” minik markalı 90-GZ- 850 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış məktubun məzmunundan görünür ki, “...icraatınızda Borclu Tələbkar ASC-nin xeyrinə 48453.31 manat pul vəsaiti tutulmasına dair Yaşamal Rayon Məhkəməsinin 2(004)-2330/2024 saylı, xx.xx.2024-cü il tarixli, icra sənədi var. . İcra sənədinin icrası ilə əlaqədar olaraq, Borclu mülkiyyətində aşkarlanmış “Mitsubishi Pajero” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. X2 banka müraciət edərək, “Mitsubishi Pajero” markalı, **- GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Borclu bir neçə il əvvəl aldığını və hazırda istifadəsində olduğunu bildirmişdir. “Mitsubishi Pajero” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazımız yoxdur.” Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2330/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “VAZ 21074” minik markalı, **-DF-*** və “Mitsubishi Pajero” minik markalı 90- GZ- 850 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Mitsubishi Pajero” minik markalı **-GZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tələbkarın məktubundan göründüyü kimi, bank “Mitsubishi Pajero” markalı, **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə etirazının olmadığını bildirdi. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olub təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Mitsubishi Pajero” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Mitsubishi Pajero” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-223/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-223/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver