Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-227/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılovun “Borclu məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1525 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı göstərilən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarına Borclu yazılı iltizamı əlavə edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, Borclu bir neçə dəfə Yasamal rayon icra şöbəsinə dəvət olunmuş, əks təqdirdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qərarının 1 ildən uzun müddətdir ki, icra olunmaması, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1968-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Həsənov X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılovun “borclunun məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5246/2019 nömrəli, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə borclu xx.xx.1968-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-227/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-227/2024
03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver