Məhkəmə qərarları › İş №8(004)-230/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-230/2024

17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-230/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil2, X2, Borclunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, X3 Tələbkar qarşı qətnamənn icra qaydasının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Tələbkar qarşı qətnamənin icra qaydasının dəyişdirilməsi" tələbinə dair ərizə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin cavabdeh Tələbkar xeyrinə ödənilməsi hissəsində icra qaydasının dəyişdirilərək, ödədiyi alimentin 50%-nin övladı X8 adına açılmış bank hesabına ödənilməsi və həmin vəsait üzərində sərəncamın X11 yetkinlik yaşına çatdıqdan sonra, onun özü tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X12 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia tələbinin təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh X13 arasında Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 305 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin 28 sentyabr 2021-ci ildən hesablanması qət edilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən icra işi Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin icraatındadır. Övladına görə ödəməli olduğu aliment vaxtlı-vaxtında Tələbkar ödənilir. Buna baxmayaraq, tələbkar tərəfindən ödədiyi alimentin tam olaraq övladına sərf edilib edilmədiyinə dair əsaslı şübhələri var. Belə ki ümumi olaraq təkcə 2023-cü il üçün cəmi ödənilən aliment məbləği 16,026 manat (on altı min iyirmi altı) təşkil etmişdir. Halbuki bu qədər məbləğin övladı Süleymanın ehtiyacları üçün sərf edildiyinə dair sübut yoxdur. Belə ki, övladı ödənişsiz məktəbə (158 saylı) gedir və hər hansı digər yüksək xərc tələb edən fəaliyyətlə məşğul deyil və pul öhdəliyi yoxdur. Hal-hazırda ödədiyi alimentin aylıq məbləği 1,125 manat (min yüz iyirmi beş) təşkil edir. Cavabdeh Tələbkar da hal-hazırda "xxxx" ASC-də işləyir və 1000 manatdan artıq aylıq əmək haqqı alır. Belə olan halda hesab edir ki, övladı Süleymanın gələcək mənafeyini nəzərə alaraq ödədiyi alimentin 50%-nin övladı X8 adına açılmış hesaba ödənilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-230/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X9 hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 30 faiz məbləği X4 adına açılmış bank hesabına köçürülməsi qərara alınmışdır. Daha sonra X2 nümayəndəsi və vəkili Vəkil1, həmçinin Tələbkar nümayəndəsi və vəkili Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 8(004)-230/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 8(004)-230/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 8(004)-230/2024 saylı qərardadından X2 vəkili Vəkil1 və Tələbkar nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət 8(004)-230/2024 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərardadı ilə şikayətlər qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin şikayətlər qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 8(004)-230/2024 saylı qərardadı ləğv olunaraq, işin ərizəçinin ərizəsinə yenidən baxılması üçün məhkəməyə geri göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında ərizəçi Məmmədov Məsim məhkəməyə yazılı mülahizələrini təqdim edərək qeyd etmişdir ki, övladı Süleyman Məmmədov 158 saylı tam orta məktəbdə dövlət əsasları ilə ödənişsiz təhsil alır. Onun qeydiyyatda olduğu 13 saylı uşaq poliklinikasındakı kitabçadakı qeydlərlə sübut olunur ki, Süleyman Məmmədov sağlamdır və səhhətində problem yoxdur. Əlavə dərnəklələ bağlı sübut etmə yükü uşağı saxlayan valideynin borcudur və bu məsələ ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən Süleymanın dərnəklərə getməməsi nəticəsinə gəlmək olar. Ölkədə çox sayda və müxtəlif istiqamətdə dərnəklər olduğu üçün onların hər birinə sorğu göndərilməsi mümkün deyildir və konkret getdiyi dərnəyin uşağı saxlayan valideyndən istənilməsi qanuna uyğun hesab olunur. X7 Komitəsinə ünvanlanmış və onladan alınmış rəsmi cavaba əsasən müəyyən olunur ki, 0-15 yaşda olan uşaqlar üçün minimum istehlak dəyəri 214.8 manat təşkil edir. Uşağın qidalanma xərcləri ilə bağlı ekspert-dietoloqun tövsiyə etdiyi qida rasionunun aylıq xərci 233.32 manat təşkil edir. Geyim xərcləri məktəb paltarları və ləvazimatları nəzərə alınmaqla aylıq 211 manat, aşağı qiymətlərlə hesablandıqda isə 145 manat təşkil etdiyi müəyyən olunur. Tələbkarın bank çıxarışlarını analiz etdikdə onun periodik olaraq “ucuzluq” adlı mağazalardan geyim aldığı müşahidə olunmuşdur. Gəzinti xərcləri ilə bağlı qeyd edir ki, Dövlət Sərhət Xidmətinə göndərilmiş sorğu əsasında müəyyən olunmuşdur ki, Süleyman Məmmədov ölkə xaricinə çıxmamış və səyahət etməmişdir. Əyləncə xərcləri əyləncə mərkəzlərinin qiymətləri nəzərə alınmaqla ay ərzində 120 manat təşkil edir. Tələbkarın bank hesabından çıxarışdan görünür ki, aliment məbləği qətnamə çıxan tarixdən sonra 2 dəfə artmışdır. Belə ki, qətnamə qəbul olunan zaman əmək haqqının ¼ hissəsi 600 manat təşkil edirdisə, sonra 1250 manata, bir müddət sonra isə 1375 manata müksəlmişdir. Sentyabr ayının 24-dən bu məbləğ 1500 manat olacaqdır. Beləlilə sübut olunur ki, aliment məbləği 250% artmışdır. Aliment məbləğinin 200%-dən artıq yüksəlməsi uşağın adına bank hesabının açılması və bir hissəsinin ora köçürülməsinə dair qərarın verilməsinə əsas verən amillərdən biridir. Tələbkarın bank çıxarışlarının təhlili ilə müəyyən olunur ki, ödənilən aliment uşağın anası tərəfindən öz şəxsi təlabatlarının ödənilməsinə xərclənir və uşağa düşən xərclərdən ortalama aylıq xərclər 351 manat təşkil edir. Qeyd edilənləri və mülahizələrini nəzərə almaqla ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil1 həmçinin ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında göstərdi ki, şikayət əsassızdır. Uşağın üzərində valideynlərin hüquq və vəzifələri eynidir. Alimentin bir hissəsinin bank hesabında qalması üçün əsas olmalıdır. Sübut olmalıdır. Övladının yaşadığı evi əlindən almaq istəyən valideyn onun gələcəyini düşündüyü barədə danışa bilməz. Şəxsin öz mülahizələri sübut deyil. İcra işi üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-272/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Tələbkar ilə cavabdeh X13 arasında Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 305 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X11 anası Tələbkar yanında qalması, cavabdeh X9 xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. 13 nömrəli Uşaq poliklinikasının 24 avqust 2024-cü il tarixli, sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2016-cı i təvəllüdlü X8 heç bir xəstəliyi yoxdur. Hal-hazırda uşaq sağlamdır. 158 nömrəli tam orta məktəbin 22 iyul 2024-cü il tarixli, 335 saylı Arayışdan görünür ki, X11 həmin məktəbin 3-cü sinfində oxuyur. AR Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, sorğuya cavab məktubundan görünür ki, 2023-cü ildə minimum istehlak səbətinin dəyəri 0-15 yaşda olan uşaqlar üçün 214,8 manat təşkil edir. 2024-cü il üçün bu göstərici cari il başa çatdıqdan sonra hesablanacaqdır. AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 08 avqust 2024-cü il tarixli, sorğuya cavab məktubundan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 dəfə 25 mart 2018-ci il tarixdə ölkəyə giriş etmişdir. “Azemis” X5 görünür ki, X10 "X19 Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətində rəis vəzifəsində çalışır, əmək haqqısı 6841,14 manat təşkil edir. “Azemis” X5 görünür ki, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəxəssisdir, əmək haqqısı 2384 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plemunun xx.xx.2016-cı il tarixli qərarına əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 08 dekabr 2023-cü il tarixli qərardadının 40-cı bəndində qeyd olunur ki, “Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-272/2022 saylı icra sənədinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X8 anası Tələbkar yanında qalması, cavabdeh X9 xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hal-hazırda X2 əmək haqqısı artaraq, övladının saxlanılması üçün tutulan alimentin miqdarı da paralel olaraq, artmışdır. Borclu M.Məmmədov ödədiyi alimentin 50%-nin övladı X8 adına açılmış bank hesabına ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizənin təmin olunmasının məqsədəuyğunluğu müəyyən etmək üçün uşağın mənafeyini əsas götürür. Belə ki, məhkəmə gedişatında uşağın özəl deyil, ödənişsiz dövlət məktəbində ibtidai sinifdə təhsil alması, səhhətində hər hansı bir problemin olmadığı, son illər ölkə xaricindən çıxmaması müəyyən olunmuşdur. Uşağın başqa dərnəklərə getməsi ilə bağlı hər hansı bir məlumat tələbkar tərəfidən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, tələbkarın əmək haqqısının 100 faizdən artıq artması müəyyən olunmuşdur. Belə ki, uşağın saxlanması hər iki valideynin məsuliyyətidir. Məhkəmə belə qənaətə gəlir ki, borclunun xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən artıq olduğundan həmin məbləğin 50 faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiqdir. Belə ki, borclunun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi 1710 manatdır. Alimentin 50 faiz hissəsi 855 manat təşkil edir ki, həmin miqdarda aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edir. Bundan əlavə, tələbkarın da əmək haqqısının artdığı nəzərə alınmalıdır. Bu səbəbdən və uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutularaq məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, borclunun hər ay ödədiyi alimentin 50 faiz hissəsi uşağın adına açılmış bank hesabına köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, Mülki qanunvericiliyə əsasən qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Mülki Məcəllənin 36.1ci maddəsinə əsasən Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 08 dekabr 2023-cü il tarixli Qərardadına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə bank hesabına yığılmış vəsait üzərində sərəncamın X8 yetkinlik yaşına çatdıqdan sonra, onun özü tərəfindən verilməsi hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X9 hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında tutulan alimentin 50 faiz məbləği X4 adına açılmış bank hesabına köçürülsün. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icra Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar