Məhkəmə qərarları › İş №8(004)-232/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-232/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-232/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu xx.xx.1971-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1132/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1971-ci də anadan olmuş və Baki, Şərifzadə küç., 180, 42 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 32880 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12.01,2024-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı yeri barədə tələbkara, borcluya və təqdimat vermiş şəxsə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Hesab olunur ki, qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane deyildir. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçun kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 32850 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla ümumilikdə 32880 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə aktını icra etməmə yalnız o halda qərəzli hesab olunur ki, təqsirkar şəxsə yazılı xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarlarının icra edilməsi ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarlarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələb müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, borcluya məhkəmə qərarlarının icra edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edildiyindən, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görülmədiyindən, məhkəmə qərarının icrasını təmin etmək üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlər və Mülki Prosesual Məcəllənin 231-ci maddəsi rəhbər tutularaq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1132/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu xx.xx.1971-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar