Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-233/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İlqar Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 730 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdəndə borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş edilir. Tələbkar məhkəmə iclasında iştirak edərək borclu tərəfindən 730 manat öhdəlikdən cəmi 100 manat hissəsinin ödənildiyini, qalıq 630 manat hissəsinin ödənilmədiyi, borclunun maddi vəziyyətinin, gəlirlərinin yüksək olmasına baxmayaraq icra sənədinin icrasından yayındığını bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə Borclu təqdim edilmişdir. İş materiallarına Borclu icra orqanına ünvanlanmış izahatı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, ümumi öhdəliyin həcminin 730 manat təşkil etməsi, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu məhkəmə iclasında iştirak etməmiş, təqdimatın əsassızlığı, öhdəliyin tərəfindən icra edilməsi, ümumi öhdəliyin həcmi ilə bağlı üzərinə düşən sübutetmə funksiyasını həyata keçirtməmişdir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İlqar Allahverdiyevin təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3468/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-233/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-233/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver