Məhkəmə qərarları › İş №8(004)-236/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-236/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-236/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X4 ərizə ilə məhkəməyə müraciət edərək, qalıq borcun hər ay 200 AZN olmaqla ödənilməsi barədə qərardad çıxarılmasını və borcun hissə-hissə ödənilməsinə kömək edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı bildirmişdir ki, Tələbkar ödəməli olduğu 1177 ABŞ dolları borcdan 200 manat pulu Bakı şəhəri Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürtmüşdür. Qarşı tərəf başqa adamların adına olan bank hesablarını təqdim edir, lakin öz adına olan bank hesabı təqdim olunmur. Tələbkar ilə əlaqə də saxlamaq mümkün deyil. Onun adı ilə başqa şəxslər ona zəng edir. Eyni zamanda icra şöbəsinə də başqa şəxsin adına, yəni X5 adına olan bank hesabını təqdim etmişlər. Bu səbəbdən 200 manatı şöbənin depozit hesabına ödəmişdir. Bildirmişdir ki, onun heç bir iş yeri yoxdur, mülkiyyətində əmlakı yoxdur, portalda adına çıxan "xxxx" MMC-də işləmir, həmin MMC bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu X1 1177 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Sözü gedən icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmış, borcluya 10 gün müddətində tələbin könüllü icrası təklif edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclunun özünə tədqim edilmiş, xx.xx.2023-cü il tarixdə borclu X2 izahatı alınmışdır. Həmçinin iş materiallarında olan elektron məhkəmə çıxarışından görünür ki, borclu X4 "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir (VÖEN: **********) və aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan elektron məhkəmə çıxarışından görünür ki, borclu Qocamanov X3 fəaliyyəti ilə məşğul olur, onun ********** saylı VÖEN-i var və sahibkarlığın əsas növü lahmacun satışı üzrə fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olsun. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsindən xeyli vaxt keçməsinə baxmayaraq borclu bu günə kimi icra sənədinin icrası məqsədilə zəruri tədbirlər (ödənişlər etməmiş) görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər ay 200 manat olmaqla ödənilməsini ağlabatan hesab etməyərək, bunu tələbkarın mənafeyinə uyğun hesab etmir. Məhkəmə eyni zamanda ərizəni təmin etməyərkən, iş üzrə borclu X2 "xxxx" MMCdə baş direktor vəzifəsində işləməsini (VÖEN: **********) və aylıq 300 manat əmək haqqı almasını nəzərə alır. Borclu həmin müəssisə ilə bağlı olmamasını bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə ərizəni təmin etməyərkən onu da qeyd edir ki, elektron məhkəmə çıxarışından görsənir ki, borclu ********** saylı VÖEN-ə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və əsas növü lahmacun satışı üzrə fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar