Məhkəmə qərarları › İş №8(004)-237/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-237/2022

20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-237/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubovun təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, 11.03.2022-ci il tarixində icraata daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2020 saylı, 28.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 33441,27 manat tutularaq Tələbkar ödənilməlidır. İş üzrə Borclu 11.03.2022-cı il tarixində könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışlar. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün və olkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası qanunn 84-1.-ci maddəsini rəhbər tutaraq ,iş üzrə borclu xx.xx.1994-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və 2-ci Alatava küçəsi, ev 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudladlaşdırılması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, təqdimat verən şəxs, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədi icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq boclu Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2020 saylı, 28.10.2020-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Borclu 24.09.2019cu il tarixində törətdiyi yolnəqliyyat hadisəsi zamanı X1 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) iddiaçı Tələbkar Sərxoş oğlunun çəkdiyi maddi zərərin əvəzi, yəni X2 müalicəsi və əməliyyatı üçün “Medical Plaza”ya ödədiyi 17.854,27 manat, “Medera Hospital”a ödədiyi 8.257 manat, “Medistyle Hospital”a ödədiyi 7.000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 33.441,27 manat pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilsin. İş materiallarında olan icraata başlama haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2020 saylı, 28.10.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 33441,27 manat pul tutularaq Tələbkar ödənilməlidir. 28.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən icraat başlanılmış və Tələbkar tələbin könüllü icrası barədə bildirişlə tanış olmuşdur. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2020 saylı 28.10.2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və 2-ci Alatava küçəsi, ev 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar