Məhkəmə qərarları › İş №8(004)-237/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-237/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-237/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4392/2014 nömrəli, 25 iyun 2014cü il tarixli icra sənədi üzrə Tələbkar “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-4392/2014 saylı qətnaməsinə əsasən xx.xx.2009-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarda artırılan 103 manat aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Tələbkar Borclu ilə xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci tarixdə nikahin pozulması aktı 253 № ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-620/2020 saylı qətnaməsinə əsasən nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddia təmin edilməklə, cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Tələbkar ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)- 4392\2014 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli alimentin artırılması tələbi ilə müəyyənləşdirilən hər ay qazancının ¼ hisssəsi miqdarında alimentin məbləği artırılaraq 103(bir yüz üç) manat məbləğinin ödənilməsi qət edilmişdir. Aliment Respublikanın hazırkı bazar iqtisadiyyatı dövründə azyaşlı uşağın sağlam və normal inkişafı üçün heç bir tələbatını ödəmir. O, uşağın saxlanması üçün həddən çox maddi çətinliklər çəkir. Halbuki, borclunun aylıq gəliri kifayət qədər yüksəkdir. Digər tərəfdən Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqının məbləğinin dəyişdiyinə görə, uşağın ehtiyaclarını həmin aliment məbləği ilə ödəməyə imkanı çatmadığına görə yenidən alimentin indeksasiyası ilə bağlı ərizə ilə müraciət etməyinə zərurət yaranmışdır. Məhkəmə iclasında Tələbkar məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə istinad edərək, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 620/2020 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddia təmin edilməklə, cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4392/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli alimentin artırılması tələbi ilə müəyyənləşdirilən hər ay qazancının ¼ hisssəsi miqdarında alimentin məbləği artırılaraq, 103 (bir yüz üç) manat məbləğinin ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. 2014-cü il ölkə üzrə minimum əmək haqqının məbləği 105 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4392/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli alimentin artırılması tələbi ilə müəyyənləşdirilən hər ay qazancının ¼ hisssəsi miqdarında alimentin məbləği artırılaraq, 103 (bir yüz üç) manat məbləğinin ödənilməsi qət edilmişdir. Hazırda tələbkar X3 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, 2014-cü il ölkə üzrə minimum əmək haqqının məbləği 105 manat müəyyən edilmişdir. 103 manat sabit pul məbləğində aliment 2014-cü il üçün minimum əmək haqqının 0,98 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4392/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği 11 mart 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4392/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği 11 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar