Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-240/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə ” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə X1 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə ” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-530 nömrəli əmri ləğv edilməli, X5 müddətsiz əmək müqaviləsi üzrə əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə bərpa edilməlo, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra məmuru icra sənədi tam icra olunmadan xx.xx.2025-ci il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. İcra məmurunun həmin qərarı əsassızdır. İcra Məmuru əmrin ləğv edilməsini, işə bərpa olunmağını və əmək haqqını ödənilsə də digər ödənişlər edilməmişdir. İş buraxdığı müddətdə ona ödənilməli olan məzuniyyət pulları və əlavələr ödənilməmişdir.Belə ki, 11-ci dərəcə ilə işə qəbul olunmuş, 11-ci dərəcə ilə 22 ayın pulu verilməli idi. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə ” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borcluya və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-350 nömrəli əmirnin ləğv edilməsi, X5 müddətsiz əmək müqaviləsi üzrə əvvəlki- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin xidmətlərin təşkilinə nəzarət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, mediasiya prosesinə görə ödənilmiş 50 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsindən tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən borcluya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-8625/2024 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-350 nömrəli əmirnin ləğv edilməsi, X5 müddətsiz əmək müqaviləsi üzrə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı müvafiq tədbirlər görülür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-12801/2024 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-350 nömrəli əmirnin ləğv edilmiş, X5 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin xidmətlərin təşkilinə nəzarət sektoruna müddətsiz əmək müqaviləsi ilə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilmişdir. İş materiallarında olan 860 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 20833,37 manat əmək haqqı ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4087/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan 860 nömrəli xx.xx.2024cü il tarixli ödəniş tapşırığına əsasən X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4087/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 20833,37 manat əmək haqqı ödəniş edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin xidmətlərin təşkilinə nəzarət sektoruna müddətsiz əmək müqaviləsi ilə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə bərpa edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4087/2023 saylı, xx.xx.2023-cü il tarixl icrasının təmin edilməsi məqsədilə icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş və təmin olunduğu üçün icraata xitam verilmişdir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən Məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinə əsasəən Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin qanunun 44.2-ci maddəsinə əsasən Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin qanunun 44.3-cü maddəsinə əsasən Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə X3 şikayət ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə ” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə X3 şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-240/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-240/2025
08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver