Məhkəmə qərarları › İş №8(004)-241/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-241/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-241/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 8(004)-1118/2016 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə tələbkar X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 8(004)-1118/2016 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Samir Osmanovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-370/2015 saylı, 03.04.2015ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatı təmin edilərək, X5 Aydın qızının adına olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 20 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Hazırda tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 8(004)-1118/2016 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 03.04.2015-ci il tarixi 2(004)-370/2015 saylı qətnaməsi ilə cavabdeh Xasməmmədova Elmira Aydın qızına qarşı "mənzildən çıxarılma tələbinə dair” iddiası rədd edilmiş, Xasməmmədova Elmira Aydın qızının ona və Bakı şəhəri, 19 saylı Dövlət Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Reyestrindən çıxarışın ləgv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.09.2015-ci il tarixli qətnaməsi ilə Xasməmmədova Elmira Aydın qızının apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin 03.04.2015-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni 80.000 manatın Xasməmmədova Elmira Aydın qızından tutularaq ona verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2016-cı il tarix qərarı ilə Xasməmmədova Elmira Aydın qızının kassasiya şikayəti təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-468/2016 saylı 16.03.2016-cı il tarixli qərardadı ilə 2(004)- 370/2015 saylı, 03.04.2015-ci il tarixli qətnaməsinin nəticə hissəsinə 6-cı abzas əlavə edilmiş və Xasməmmədova Elmira Aydın qızı tərəfindən 80 000 manat məbləğində pul X1ytarılması ilə tərəflər arasında bağlanılmış alqı-satqının və müvafiq Çıxarışın etibarsız hesab olunması eyni vaxtda icra olunması kimi başa düşülməsi qərara alınmışdır. X5 Aydın qızı borcu qaytarmadığından Yasamal rayon icra Şöbəsinin 17/72-2828/18 saylı, 02.08.2017-ci il tarixli məktubuna əsasən Yasamal rayon məhkəməsinin 8(004)-1118/2016 saylı, 24.06.2016-cı il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, Xasməmmədova Elmira Aydın qızının istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, T Şahbazi küç., ev 104, mənzil 20 mənzil "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən ona borc əvəzi təklif olunmuşdur. Bundan sonra Xasməmmədova Elmira Aydın qızının Bakı şəhəri, Yasamal rayonu, T Şahbazi küç., ev 104, mənzil 20 mənzildən çıxarılması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin tələb məhkəmə tərəfindən təmin edilmişdir. Qeyd olunan müvafiq qətnamə qanuni qüvvəyə minmiş və 09.09.2021cı ıl tarixdə Yasamal rayon icra şöbəsi tərəfindən qəbul edilmiş akta əsasən icra edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə tərəflər müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Yasamal rayon Məhkəməsinin 24.06.2016cı il tarixli, 8(004)-1118/2016 saylı qərardadı ilə, təqdimat təmin edilmiş, X5 Aydın qızının adına olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 20 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirnin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər.Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirnin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəyə əlavə olunmuş sənədləri araşdırıb, hazırda mübahisəli mənzilin tələbkara təklif olunmasını, borclunun həmin mənzildən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə aktının olmasını nəzərə alaraq hesab edir ki, hazırki halda zərurət aradan qalxdığına görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 8(004)- 1118/2016 saylı qərardadı ləğv edilməli, mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının 162-ci, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 8(004)-1118/2016 saylı qərardad ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104, 20 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar