Məhkəmə qərarları › İş №8(004)-244/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-244/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-244/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Tələbkar, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rəhman Atamoğlanov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(001)-3598/2023- 017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 220 manat miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2023-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkə hüdudlarını tərk etmək ehtimalının nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Tələbkar və nümayəndəsi və vəkili Vəkil təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 27 iyun 2018-ci il X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli, 255481/2023-53-38-003 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 3598/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzin surətinə əsasən "xxxx" MMC ödəniş portalı vasitəsi ilə Borclu tərəfindən ödənilmiş 250 manat (iki yüz əlli) pul, xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzin surətinə əsasən ödənilmiş 500 manat (beş yüz) pul, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzin surətinə əsasən ödənilmiş 500 manat (beş yüz) pul, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzin surətinə əsasən ödənilmiş 500 manat (beş yüz) pul Tələbkar hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 27 iyun 2018-ci il X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, aliment məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. İcra sənədindəki qəbzlərdən görünür ki, cavabdeh ümumilikdə 1750 manat aliment məbləğini iddiaçının bank hesabına ödəmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 450 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023 saylı, xx.xx.2023-cü il icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3598/2023 saylı, xx.xx.2023-cü il icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun təqdimatı təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar