Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-246/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X14 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Yasamal Rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon icra şöbəsinin icra məmuru Emil Abiyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X4 mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021-022 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X5 cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 anaları X2 himayəsində qalmalıdır. Cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Alimentin tutulması 18 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan “VAZ-2106” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013-cü il olan “Renault Tondar 90” minik markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X2, ½ hissədə cavabdeh Borclu payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalıdır. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Borclu tutulub iddiaçı X3 ödənilməlidir. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər X5 və X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. Cavabdeh X8 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. Tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı Borclu, ½ hissədə cavabdeh X2 payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalıdır. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı Borclu verilməlidir. İcra hərəkətləri nəticəsində məlum olmuşdur ki, Borclu hazırda 8000 manat aliment borcu vardır. Tərəflərin birgə nikah dövründən əldə olunmuş “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı Borclu, ½ hissədə cavabdeh X2 payları müəyyən edilmişdir. Aliment borcunun ödənilməsi məqsədilə Borclu aid ½ hissədə onun üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Məhkəmə qərarının icrası məqsədilə “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən 16000 manata qiymətləndirilmiş və tələbkara təklif olunmuşdur. İş üzrə tələbkar X3 qeyd olunan avtomobil təklif edilmiş və tələbkar təklifi qəbul etmişdir. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə iş üzrə tələbkar X5 təklif olunmuş və o, təklifi qəbul etmişdir. Tələbkara, borcluya və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən hesab edir ki, təqdimata onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdimatı və ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X5 ilə cavabdeh Borclu arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikah pozulmalı, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 anaları X2 himayəsində qalmalı, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməli, alimentin tutulması 18 avqust 2020-ci il tarixdən hesablanmalı, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan “VAZ-2106” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013-cü il olan “Renault Tondar 90” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X2, ½ hissədə cavabdeh Borclu payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalı, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Borclu tutulub iddiaçı X3 ödənilməli, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər X5 və X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılmalı, cavabdeh X8 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməli, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı Borclu, ½ hissədə cavabdeh X2 payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınmalı, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı Borclu verilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin tələbkar X3 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manata qiymətləndirilmiş və ½ hissəsi tələbkara 7700 manat borc əvəzi olaraq təklif olunmuş və tələbkar həmin təklifi qəbul etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulduqdan sonra həmin avtomobil 16000 manata qiymətləndirilmiş və ½ hissəsi tələbkara 7700 manat borc əvəzi olaraq təklif olunmuş, tələbkar həmin təklifi qəbul etmişdir. Belə olan halda, Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərində həbsin saxlanılması əsasları aradan qalxmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-246/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-246/2025
01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver