Məhkəmə qərarları › İş №8(004)-25/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-25/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-25/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X1 küçəsi,ev 64 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071 )- 80/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu vurulmuş maddi zərərə görə 1866,58 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 2366,58 manat (iki min üç yüz altmış altı manat, əlli səkkiz qəpik) pul alınaraq Tələbkar verilməlidir. Borclu ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,66 manat (qırx üç manat altmış altı qəpik) pul alınaraq Tələbkar verilməlidir. Həmin icra sənədi xx.xx.2024-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında borclu tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək, icra məmurunun təqdimatının təmin olunmasını xahiş etmişdir. İcra işi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 2.366,58 manat pul və 43,66 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi müəyyən edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, e108242/2024-53-16-005 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarın surətindən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə ünvan 2 ünvanında yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı “borclunun məcburi gətirilməsi haqqında” icra məmurunun qərarı məlumat üçün Borclu göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icranı könüllü icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlməkdən, eləcə də icra sənədinin icrasını təmin etməkdən üzürsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1984-cü il təvəllüdlü, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X1 küçəsi,ev 64 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar