Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-253/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinin icra məmuru Anar Əyyubov xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinə ətraflı izah verilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya, cavabdehlərə, icra məmuruna qətnamənin izah edilməsi məsələsinə dair ərizəyə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə icra məmurunun ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsi ilə iddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızının cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və 23 saylı Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnamələrinin, onun əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklarına dair payların müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzilə, ünvan 2 yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı ** MJ *** dövlət qedyiyyat nişanlı avtomobilinə dair cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 verilmiş 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) ləğv edilmişdir. Mirasın qəbulunun müddəti ötürülməmiş (üzürlü hesab edilərək) hesab edilmişdir. ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzilə, ünvan 2 yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə iddiaçı Tələbkar cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 hər birinin 1/5 hissədə vərəsəlik payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikas İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26284/2023 **********84 saylı məktubla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar şossesi ev 242 Ünvanında yerləşən 24 nömrəli mənzili (1 otaq) ilə bağlı xx.xx.2023-ci il tarixdə xx.xx.2023-cü il tarixli 2V-47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə İdarəyə daxil olub. Şəhadətnamə əsasında Tələbkar (1 otaq (y/s-19.1 kv.m., k/s-13.5 kv.m.)-dən 1/5 hissə) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzil üzərində 2V-32 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Borclu1, Borclu2, Borclu3 və Borclu4 hər birinin ¼ payı müəyyən edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli 3m-193 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən isə Borclu1, Borclu2 və Borclu4 onlara miras qalmış paylarını (hər birinə ¼ hissə) Borclu3 bağışlamışlar. Qeyd olunan şəhadətnamə və müqaviləyə əsasən Borclu3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda qeyd olunan ünvanda yerləşən əmlak Borclu3 tam mülkiyyətindədir. Bununla əlaqədar bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinin nəticə hissəsində “cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzilə, ünvan 2 yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı ** MJ *** dövlət qedyiyyat nişanlı avtomobilinə dair cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 verilmiş 2V-32, 2V-33 və 2V- 34 nömrəli vərəsəlik şəhadətnamələrinin və onun əsasında yaranmış hansı hüquqi nəticələrə dair sənədlərin (yalnız şəhadətnamə əsasında aparılmış qeydiyyat yaxud vərəsəlik şəhadətnaməsi əsasında aparılan qeydiyyatdan sonrakı bütün əməliyyatlar) ləğv edilməsi dəqiq göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinə izah verilməsi üçün sözügedən məhkəməyə müraciət olunması xahiş edilir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qətnamənin icrasında çətinlik yarandığına görə qətnaməyə izah verilməsinə zərurət yaranmışdır. Bu səbəbdən ərizə təmin edilməli, qətnaməyə izah verilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinin nəticə hissəsində - “cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzilə, ünvan 2 yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı ** MJ *** dövlət qedyiyyat nişanlı avtomobilinə dair cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 verilmiş 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) ləğv edilsin” ifadəsi, 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlərin (texniki şəhadətnamə, mənzillərin çıxarışı və sair), həmçinin xx.xx.2021-ci il tarixli 3m-193 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında aparılmış qeydiyyat yazısının da ləğv edilməsi kimi başa düşülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 494/2022 nömrəli qətnaməsinə izah verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-494/2022 nömrəli qətnaməsinin qət etdi hissəsindəki - “cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 156 nömrəli mənzilə, ünvan 2 yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı ** MJ *** dövlət qedyiyyat nişanlı avtomobilinə dair cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 verilmiş 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) ləğv edilsin” ifadəsi, 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlərin (texniki şəhadətnamə, mənzillərin çıxarışı və sair), həmçinin xx.xx.2021-ci il tarixli 3m-193 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında aparılmış qeydiyyat yazısının da ləğv edilməsi kimi başa düşülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-253/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-253/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver