Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-255/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “əmlakın üzərinə həbsin qoyulması haqqında” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan ümumi sahəsi 217.10 ha olan 3 otaqlı Masallı rayonu, Kosakül kəndi, evin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada 30946.95 (otuz min doqquz yüz qırx altı manat doxsan beş qəpik) manat əsas borc, 244.27 (iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu və 0.62 (altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 31191.84 (otuz bir min yüz doxsan bir manat səksən dörd qəpik) manat və 183.58 (yüz səksən üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq, Tələbkar2SCyə ödənilməlidir. xx.xx.2024-cü il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası təmin edilməlidir. Cavabdeh Borclu xx.xx.2023-cü il tarixli 02704441 nömrəli müqavilə üzrə 2853,92 (iki min səkkiz yüz əlli üç manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 285,08 (iki yüz səksən beş manat səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 3139 manat məbləğində pul və ödənilmiş 51,39 manat dövlət rüsumu alınaraq, “ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı “Elektron icra" informasiya sistemindən Borclu mülkiyyətində olan ümumi sahəsi 217.10 ha olan 3 otaqlı Masallı rayonu, Kosakül kəndi, ev -müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu mülkiyyətində olan ümumi sahəsi 217.10 ha olan 3 otaqlı Masallı rayonu, Kosakül kəndi, evin üzərinə həbs qoyulması barədə qərar qəbul olunması xahiş olunmuşdur. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada 30946.95 (otuz min doqquz yüz qırx altı manat doxsan beş qəpik) manat əsas borc, 244.27 (iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu və 0.62 (altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 31191.84 (otuz bir min yüz doxsan bir manat səksən dörd qəpik) manat və 183.58 (yüz səksən üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq, Tələbkar2 ASCyə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2023-cü il tarixli 02704441 nömrəli müqavilə üzrə 2853,92 (iki min səkkiz yüz əlli üç manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 285,08 (iki yüz səksən beş manat səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 3139 manat məbləğində pul və ödənilmiş 51,39 manat dövlət rüsumu alınaraq, “ABC-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinin “icraata başlamaq haqqında” qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu X5 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə bildirişi almışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Masallı rayonu, Kosakül kəndində yerləşən ümumi sahəsi 217.10 ha olan 3 otaqlı ev icra sənədi üzrə X3 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqdimatda üzərinə həbsin qoyulması xahiş olunan ev Borclu mülkiyyətində deyil. Həmin ev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X4 məxsusdur. Odur ki, verilmiş təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-255/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-255/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver