Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-257/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Tələbkar1, X1nın iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(004)- 232/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(004)-232/2022 saylı qətnaməsinin hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(004)-232/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh X2 “X8 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 (iyirmi səkkiz min) manat məbləğin ½ hissəsinin 1/3 hissəsi olan 4666,67 manat iddiaçı Tələbkar2 və 1/3 hissəsi olan 4666,67 manat Tələbkar1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, “X8 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinə (14000 manat) X3 payının olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın Tələbkar2 və Tələbkar1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda maliyyə vəziyyəti çox ağırdır. Hazırki borcu birdəfəlik ödəmək imkanı yoxdur. Heç bir yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Bu səbbədən qətnamənin icrasını hissə-hissə, ayda ən çoxu 300 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 ərizənin məzmununa uyöun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, ümumi borcdan üç dəfə 300 manat, 333 manat və 200 manat olmaqla, cəmi 833 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 ərizəyə etiraz edərək, izahatında göstərdi ki, qarşı tərəf pulu ödəməsi barədə qeyd etsə də, bunu bildirməlidir ki, borclu həmin ödənişləri özü könüllü surətdə ödəməmişdir. Belə ki, borclu birinci və ikinci dəfə etdiyi ödənişləri icra məmuru tərəfindən görülmüş “məcburi gətirmə” tədbiri zamanı, üçüncü dəfə ödənişi isə dünən etmişdir. Yəni davamlı qaydada ödənişləri etmək niyyətini göstərməmişdir. Borcdan cəmi 833 manat ödəmişdir. Qalan məbləğ isə hələ də ödənilməmiş olaraq qalır. Ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, digər tələbkar və icra məmuru da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022cı il tarixli, 2(004)-232/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, cavabdeh X2 “X8 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 (iyirmi səkkiz min) manat məbləğin ½ hissəsinin 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat iddiaçı Tələbkar2 və 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat Tələbkar1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “X8 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinə (14000 manat) X3 payının olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın Tələbkar2 və Tələbkar1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Ərizəyə əlavə edilmiş 4 saylı Bakı DOST Mərkəzinin 27 mart 2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş Dövlət vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 28 mart 2023-cü il tarixli arayışından görünür ki, X4 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə icra işini, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(004)- 232/2022 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 300 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 300 manat ödənilməsi tutulması qərara alınmış məbləğin 2 ildən artıq müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(004)- 232/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-257/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-257/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver