Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-258/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 anaları Tələbkar yanında qalmaları müəyyən edilməsi və xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Borclu hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 anaları Tələbkar yanında qalmaları müəyyən edilməli və xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Borclu hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcra sənədi üzrə tələb Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş və özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədi ilə “İcra Haqqında” Qanunun 50-ci maddəsini rəhbər tutaraq onun üzərinə icra məmurunun qərarı ilə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. “Elektron icra” informasiya sistemi vasitəsilə inteqrasiya olunmuş Əmlak Məsələləri Dövlət Xidməti, Milli Depozit Mərkəzi, Dövlət Vergi Xidməti və banklardan əldə edilmiş məlumatlarda borcluya məxsus pul vəsaiti və əmlak aşkar edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan əmlakın üzərinə ½ hissədə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Tələbkar Vahabova (Bayramova) Elnarə Sabir qızı AZEMİS elektron sistem vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, icra mənuru ilk öncə borclu barəsində qanuna uyğun olaraq protokol təqdim etmişdir. Göründüyü kimi borclunun əmlakı olduğuna görə icra məmurunun protokolu təmin edilməmişdir. Əlavə etdiyi sübutlardan da məlum olur ki, borclu aliment ödəmir və şərtlər irəli sürür. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra mənurunun təqdimatının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və borclu və icra məmuru gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 12 dekabr 2023cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” 12 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra İnformasiya Sistemindən Çıxarışa əsasən 2011-ci il buraxılışlı, sedan tipli “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə icra işini araşdırıb, icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan aliment borcunu nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan 2011-ci il buraxılışlı, sedan tipli, “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-258/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-258/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver