Məhkəmə qərarları › İş №8(004)-26/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-26/2023

05.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-26/2023 05.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, tələbkar-şikayətçi X5 Borclu iştirakı ilə, tələbkar-şikayətçi X5 icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar-şikayətçi X12 icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra işinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Borclu, Tələbkar və X6 qarşı Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, bina 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə İcra vərəqi vardır. Borclular: Borclu, Tələbkar və X10 mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-6182/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilərək, imtina edilərək geri qaytarılmışdır. Daha sonra Borclu xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi üçün şikayət vermiş, məhkəmə icraatı mümkün hesab edilmiş və hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli Ədliyyə qulluqçusu Anar Əyyubov xx.xx.2022-ci il tarixində icra sənədi üzrə icraatın dayandırılması barədə qərar çıxartmışdır. O, qərarını “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsasən olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikası qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda qanunla yol verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra dayandırıla bilər. Qanunda “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinin düzgün açıqlaması qanunun 17.1.7-ci maddəsində dəqiq bildirlmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hakimi Axundova Günay Təyyar qızının icraatında olan xx.xx.2021-ci il tarixli 2(004)-58-2021 nömrəli işə baxaraq onun iddiaçı olaraq cavabdehlər Borclu, Tələbkar və X6 qarşı mənzildən çıxarılma tələbinə dair mülki icra məhkəmənin inzibati binasında baxılaraq cavbdehlərin ona aid olan mənzildən, yəni: Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşmlı küçəsi, bina 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilmişdir. Qarşı tərəf xx.xx.2021ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsi işə baxaraq hakim Məmmədov Məmməd Allahverdi oğlunun sədrliyi ilə X3 və X4 ibarət tərkibdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qətnaməsini qanuni qüvvədə saxlamışdır. Bundan sonra cavabdehlər Kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişlər. Sədrlik edən X23, hakimlər Elşad Şamayev və hakim Elşanə Vəliyevanın tərkibində işə baxaraq cavabdeh Borclu Kassasiya şikayəti təmin edilməyib və xx.xx.2021ci il tarixli 2(103)-6971/2021 saylı Bakı Apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Qarşı tərəf xx.xx.2019-cu il tarixində mənzildən istifadə hüququnun tanınması tələbinə dair Ysamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. X21 Əlixan oğlunun sədrliyi ilə qarşı tərəfin iddiası təmin edilmişdir. Bundan sonra Bakı Apellyasiya məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixində sədr-X20, hakimlər-X1 və hakim X7 ibarət tərkibdə işə baxılaraq onun şikayəti təmin edilib. Bakı, şəhər Yasamal rayon məhkəməsinin 2(004)-702/2019 saylı iş üzrə 21 yanvar tarixli qətnaməsi ləğv edilib və iş üzrə yeni qətnamə qəbul edilib. Yəni ki, iddiaçı Borclu mənzildən istifadə hüququnun tanınması tələbi iddiası rədd edilmişdir. Sonra qarşı tərəf Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri : Əliyev Ələsgər Əlabbas oğlunun sədrliyi ilə X8 və X2 ibarət tərkibdə işə baxraq iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar vermişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin mənzildən çıxarılması qərara alınmışdır. İcra məmuru cavabdeh Borclu ona qarşı mülkiyyət hüquqlarının tanınması barədə iddia qaldırmasını əsas gətirərək icra işini dayandırmışdır. Hesab edir ki, həmin iddia formal olaraq qaldırılmışdır. Həmin tələbə məhkəmədə baxılmalı deyil. İddia ərizəsinin icraata götürülməsindən imtina barədə qərardad qəbul olunsa da, sonradan həmin qərarda ləğv edilərək iddia ərizəsi icraata götürülmüşdür. Onun cavabdehlərə qarşı iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsi Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. İcra məmurunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını dayandırması əsassızdır. Buna görə də şikayətin təmin edilməsini vfə icra məmurunun qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən borclu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzil onun pulu hesabına alınmışdır. İddiaçı onu aldadaraq mənzili öz adına almışdır. Həmin vaxt iddia qaldırılarkən iddiaçı X12 orderi saxtalaşdıraraq onun adını oradan çıxartmışdır. Əslində o mənzil Borclu vəsaiti hesabınıa alıdnığından ona aiddir. Bu səbəbdən də mhəkəmədə mülkiyyət hüquqlarının tanınmasına dair iddia qaldırmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Yasamal rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməm icra məmuru8nun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni, ona əlavə olunmuş sənədləri və icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı Borclu cavabdeh X9 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 702/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabeh Qurbanov Rofel tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-12354/2019 saylı qətnaməsi ilə təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələöbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4332/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 12354/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı X13 cavabdehlər Borclu, Tələbkar və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraqciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3213/2022 saylı qərarı təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanıldığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icraya yönəldirlmişdir. Məhkəmə qeyd edir ki, icra vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir. İcra məmuru Borclu cavabdehlər X12 və Şərq MTK-ya qarşı mülkiyyət hüququnu tanınması tələbinə dair iddia qaldırmasını əsas gətirərək icra vərəqəsi üzrə icraatın dayandırılmasını qərara almışdır. Lakin məhkəmə qeyd edir ki, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi mübahisələndirilsə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarları məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin maddənin 5-ci bəndinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin maddənin 6-cı bəndinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmuru Anar Əyyubov tərəfindən qəbul edilmiş icra işinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərar ləğv olunmalı və icra vərəqi üzrə müvafiq icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Tələbkar-şikayətçi X12 tərəfindən verilmiş şikayət təmin edilsin. İcra məmuru Anar Əyyubovun icra işinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun və icra vərəqi üzrə müvafiq icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar