Məhkəmə qərarları › İş №8(004)-265/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-265/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-265/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Borclu X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından borclu X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X6 ooğlu xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay hər uşaq üçün ödənilməli olan sabit pul məbləğində 136,60 manat, cəmi 273,20 manat miqdarında alimentin tutulub Borclu verilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Yasamal rayon icra şöbəsinin 19 yanvar 2024-cü il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi əsasında 8984 manat aliment borcu hesablanmışdır. Aliment borcunun silinməsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-2380/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı X2 cavabdeh Borclu qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası zamanı tərəfindən tam olaraq aliment ödənilmişdir. Borclu tərəfindən tələb edilən aliment borcu əsassızdır. Məhkəmə iclasında iştirak edən borclu X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə icra işinin materiallarını araşdıraraq və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1924/2017 saylı 23 fevral 2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay hər uşaq üçün ödənilməli olan sabit pul məbləğində 136,60 manat, cəmi 273,20 manat miqdarında alimentin tutulub Borclu verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı 23 fevral 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixə borclu X2 tələbkar Borclu 8984 manat aliment borcunun qaldığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müyyən olunur ki, borclu X2 xx.xx.2024cü il tarixədək olan aliment borcu 8984 manat (bilavasitə tələbkarın bank hesabına ödənilən) təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın ləğvi üçün əsas mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ilə bağlı icra işi tələb edilmişdir. Lakin icra işinə əlavə edilmiş materiallardan da görünür ki, borclu X2 xx.xx.2024-cü il tarixədək olan aliment borcu 8984 manat (bilavasitə tələbkarın bank hesabına ödəniməli olan) təşkil edir. Belə ki, icra işi materiallarında olan qəbzlərdəki məbləğ çıxılmaqla borclu X2 qalıq qalan aliment borcu 8984 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, qeyd edilən qərardan borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar