Məhkəmə qərarları › İş №8(004)-267/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-267/2024

26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-267/2024 26.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İş üzrə borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra olunmasına ona 06 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməklə, Tələbkar ASC ilə X3 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 315522-CNS-34316 saylı kredil müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3975,26 (üç min doqquz yüz yelmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, həmin qətnamənin icrasına möhlət verilməlidir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, qətnamənin tərəfindən bir dəfəyə tam olaraq, icra edilməsinə maddi vəziyyətin imkan vermir. Belə ki, hazırda aylıq qazancı 750 manat təşkil edir. Bundan başqa özü kirayədə qalır və xərclərini ödəməyə çətinlik çəkir. Odur ki, qətnaməni hazırda icra etmək qeyrimümkün olmamışdır. Bununla bağlı o, icra məmuruna ona möhlət verilməsi barədə müraciət etsə də icra şöbəsi bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Hesab edir ki, ona altı ay möhlət verilərsə digər xərclərindən azad olub hazırki borcun böyük hissəsini ödəməyə imkanı olacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, borclu X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Tələbkar ASC ilə X3 arasında bağlanmış 21 aprel 2022ci il tarixli, 315522-CNS-34316 saylı kredil müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3975,26 (üç min doqquz yüz yelmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2457/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(004)-580/2023 saylı qətnaməsi Tələbkar ASC ilə X3 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsin üzrə əsas və faiz borcu məbləği hissəsində eləcə də tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində dəyişdirilmiş, 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə cavabdeh X1 iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalı olan əsas borcu 3936,41 (üç min doqquz yüz otuz altı manat, qırx bir qəpik) manat; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə isə əsas borcun məbləği 9240,00 (doqquz min iki yüz qırx) manat, faiz borcu isə 371,90 (üç yüz yetmiş bir manat, doxsan qəpik) müəyyən edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmiş, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pulun cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2457/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə icraya yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. İş materiallarında olan sənədlərə əsasən hazırda icra şöbəsində mövcud olan icra sənədi, ərizədə icrasına möhlət verilməsi xahiş edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə deyil, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə və eləcə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqi üzrə icra edildiyindən, borclu X3 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İPM-ə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən də, məhz işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, borclunun qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2457/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan, hazırda isə icra şobəsinin icraatında ərizədə qeyd edlmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra işi olmadığından ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar