Məhkəmə qərarları › İş №8(004)-267/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-267/2025

09.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-267/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, 2(004)-2283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsinin ikinci abzasındakı Maraqlı şəxs MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 206 kv.m olan qeyri-yaşayış sahəsi maneələr aradan qaldırılaraq X6 təhvil verilməsi sözlərinin Yeni Yasamal” MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 206 kv.m oalan qeyri-yaşayış sahəsi X5 mülkiyyəti təsdiq edilməklə, maneələr aradan qaldırılaraq X6 təhvil verilməsi kimi izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsininl xx.xx.2022-ci il tarixli, 2(004)-2283/2022 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 206 kv.m oalan qeyri-yaşayış sahəsi maneələr aradan qaldırılaraq X6 təhvil verilməsi qət edilmişdir. Lakin bu günə qədər əmlakın ona təhvil verilməsi cavabdeh tərəfindən icra olunmamışdır. Həmçinin həmin əmlaka dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qəbul edilməyərək həmin qeyri-yaşayış sahəsinin mənə məxsus olmasına dair çıxarış verilməmişdir. "xxxx" MTK ilə aramızda bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 206 kv.m oalan qeyri-yaşayış sahəsi göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri (247200 manat) alıcı tərəfindən ödənilməklə alıcının mülkiyyəti hesab edilməklə, alıcıya təhvil verilməlidir.(müqavilənin təsdiq olunmuş sürəti və maliyyə arayışının sürəti əlavə olunur). Müqavilədən və 2(004)-2283/2022 nömrəli qətnamədən aydın görünür ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Həmin müqavilə üzrə öhdəliklər alıcı tərəfindən tam şəkildə icra olunsa da satıcı tərəfindən icra olunmamaqda və icrasına maneələr yaradılmaqdadır. Belə ki, hazırda həmin qeyri- yaşayış sahəsinə mülkiyyət hüququm təmin olunmaması səbəbindən həmin daşınmaz əmlak üçüncü şəxslər tərəfindən “Omid” ticarət obyekti və “Aptek” kimi icarəyə verilmiş və icarə haqqları mənə deyil üçüncü şəxsə ödənilməkdədir. X9 Zakir məhkəməyə teleqram ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizəçinin qətnaməyə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2283/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Maraqlı şəxs MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdeh Maraqlı şəxs MTK tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində olan 206 kv.m (market) sahədən ibarət qeyri-yaşayış sahəsi maneələr aradan qaldırılaraq iddiaçı X6 təhvil verilməsi qət edilmişdir. e195439/2022-53-9-004 saylı İcra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ilə, 2(004)- 2283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində olan 206 kv.m (market) sahədən ibarət qeyri-yaşayış sahəsinin yerinin dəqiqləşdirilməsi üzrə mütəxəssisin iştirakına zərurət yarandığından icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin dəvət olunması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyesti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmış, müayinə zamanı məlum olmuşdur ki, iddiaçıya aid Maraqlı şəxs MTK-nın müqaviləsində və maliyyə arayışında sözügedən qeyri-yaşayış sahəsi təqdim edilmiş layihədə göstərilən 12-13 oxları arasında F-A2 sırasında göstərilsə də, həmin hissələr digər şəxslər tərəfindən istifadə olunur. İddiaçının iddiasına görə ona məxsus olan hissə 1-4 oxları arasında D-F arasında yerləşir. Hazırda 1-4 oxlar arasında B-F sırasında mağaza (OMİD) fəaliyyət göstərir. Belə ki, iddiaçının iddia etdiyi hissə həmin mağazanın bir hissəsinə düşür. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyesti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan da görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ünvana yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, qeyriyaşayış sahəsi faktiki 204,9 kv.m təşkil edir. Maraqlı şəxs MTK-nın müqaviləsində və maliyyə arayışında sözügedən qeyri-yaşayış sahəsi təqdim edilmiş layihədə göstərilən 12- 13 oxları arasında F-A2 sırasında göstərilsə də, həmin hissələr digər şəxslər tərəfindən istifadə olunur. Vəkilin şifahi məlumatına və 2(004)-2283/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən, binanın birinci mərtəbəsində 2-ci girişi tərəfindən yerləşən Aptek və OMİD marketinin bir hissəsi iddiaçıya məxsusdur. Belə ki, vəkilin iddia etdiyi yer layihəyə əsasən 1-3 oxları arasında A-E sırasında yerləşir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyriaydın məsələlərin aradan qaldırılmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(004)-2283/2022 nömrəli qətnaməsi məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Sözügedən qətnamənin mətnindən görünür ki, Maraqlı şəxs MTk tərəfindən tikilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində olan 206 kv.m. (market) sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2010cu il tarixli müqavilə əsasında X1, müqavilə şərtlərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməməsi, bununla da iddiaçının mülkiyyətin toxunulmazlığı barədə konstitusion hüququnun pozulmasını nəzərə alıb, məhkəmə iddia tələbini əsaslı hesab edərək həmin qeyri-yaşayış sahəsinin maneələr aradan qaldırılaraq iddiaçı X6 təhvil verilməsini qət etmişdir. Mülki-Prosesual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2283/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X4 ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12(004)-2283/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X4 təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar