Məhkəmə qərarları › İş №8(004)-274/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-274/2025

10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-274/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020-012 nömrəli, 09 sentyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun “həbsin götürülməsi” barədə təqdimatına Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rəhman Atamoğlanov “həbsin götürülməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **-XG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi əsasən Borclu cəmi 8.130 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. İcra tədbirləri nəticəsində Borclu mülkiyyətində “Lexus LX 570” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu məlum olmuş və təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, həmin məhkəməninin 8(004)- 848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, icra vərəqəsindəki tələb təmin olunmuşdur. İcra sənədi üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan icra məmurunun təqdimatına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, müvafiq əmlaklın üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi əsasən Borclu cəmi 8.130 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışın məzmunundan görünür ki, 2(004)-2728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-yə olan borcu tam olaraq ödənilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020-012 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **-XG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tələbkar MMC tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, 2(004)-2728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-yə olan borcu tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olub təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar