Məhkəmə qərarları › İş №8(004)-281/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-281/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-281/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasovun Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasovun Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020-016 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3915 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-OF-***4 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə gpstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, həmin Məhkəmənin 8(004)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyd olunan Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-OF-***4 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İcra vərəqinin icrası ilə bağlı iş üzrə Tələbkar Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixli, 4555 nömrəli ərizə ilə müraciət edərək, Borclu tərəfindən ödənilməli olan pulu öz aralarında razılaşma olduğuna görə icra vərəqəsinin icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ərizəyə əlavə olunmuş iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 16 avqust 2012-ci il tarixli 4555 saylı alqı-satqı müqaviləsi üzrə 1504 manat məbləğində əsas, 10 manat məbləğində cərimə borc, 02 oktyabr 2012-ci il tarixdə 4839 saylı alqı-satqı müqaviləsi üzrə 450 manat məbləğində əsas, 5 manat məbləğində cərimə borcu və 19 noyabr 2012-ci il tarixdə 5428 saylı alqı-satqı müqaviləsi üzrə 1900 manat məbləğində əsas, 15 manat məbləğində cərimə borcu, ümumilikdə hər üç müqavilə üzrə 3884 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 8(004)-676/2020 saylı qərardada əsasən Borclu məxsus 2008-ci il buraxılışlı, “VAZ 21074” minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi XTA**********5976, ağ rəngli avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan 09 mart 2024-cü il tarixli tərəflər arasında razılıq barədə ərizəyə əsasən müəyyən olunur ki, Borclu borcun ödənilməsi üzrə razılıq əldə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1689/2020 saylı məhkəmə qətnaməsinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra etmədən məhkəməyə qaytarlılması xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020-016 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1689/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulmasına səbəb olmuş Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə razılıq əldə edildiyindən və icra məmurunun xahişinə əsasən borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına dair zərurət aradan qalxdığından, Borclu məxsus “VAZ 21074” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “VAZ 21074” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar