Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-282/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinə izah verilməsi barədə iddiaçının nümayəndəsi və vəkili X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 saylı ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507-511 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi" hissəsində ləğv edilmiş, X1 ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, Qətnamə “ünvan 4, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində Dəyişdirilmiş, ünvan 4 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi, qətnamə Cavabdeh “ünvan 1 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmamsı ilə bağlı hissədə ləğv olunması, həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin paylara uyğun naturada ayılrmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr açıq hərracda satılması və onların satışından əldə edilən vəsait tərəfləin paylarına mütənasib surətdə onların arasında bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3435/2023 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli 2(103)- 2027/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsinin “Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) 1/2 hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) 1/ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay 2 hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunması, İddiaçı ilkin iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamənin Cavabdeh “ünvan 6 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması, həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılması və onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə 1/2 hissə olmaqla) onların arasında bölüşdürülməsi hissələrində ləğv olunması, İddiaçı iddiası “ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) 1/2 hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) 'A hissəsinə olan onun payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh 1/2 hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın onun mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan onun mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə” barədə iddiası təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) 1/2 hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 27 saylı xüsusi hissə (qaraj) İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin və 28 saylı xüsusi hissə (qaraj) Cavabdeh mülkiyyətinə verilməsi, Cavabdeh “ünvan 6 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi" tələbi təmin olunmaması, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi İddiaçı vəkili X3 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinin dəyidirilməyən hissəsi ilə bağlı icra vərəqəsi verilməsi və qətnamə mübahisəli mənzillərin sahəsi ilə bağlı ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi müəyyənləşdirilən hissələrə naturada ayrılaraq İddiaçı verilsin sözlərinin mülkiyyətinə verilsin kimi başa düşülməsi ilə bağlı qətnaməyə izah verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən ərizə izah verilməsinə dair hissəyə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə ərizəyə baxılması barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında üzürlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə ərizəyə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək, ərizənin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507-511 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi" hissəsində ləğv edilmiş, X1 ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, Qətnamə “ünvan 4, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində dəyişdirilmiş, ünvan 4 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 507 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinin anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Belə ki, qətnamənin əsaslandırma hissəsindən də göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsi əsaslarından biri də qətnamənin icrası zamanı yaranma ehtimalı olan halın aradan qaldırılması olmuş, həmin hissə daha da dəqiq formada ifadə olunmuşdur. Bu səbəbdən, hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinin izah olunması barədə İddiaçı nümayəndəsi və vəkili X2 ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(103)-2027/2023 saylı qətnaməsinin izah olunması barədə İddiaçı nümayəndəsi və vəkili X2 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-282/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-282/2024
14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver