Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-285/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi Tələbkar X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “X2 Prado” markalı, **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 09.07.2021-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2021 saylı, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən əmmədov Sahib Bayraməli oğlundan cəmi 1077 manat tutularaq “ABC Telecom" MMC- 9 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra çün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna axmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş ə icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun ılaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit əşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq jrqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda “Elektron icra” informasiya sistemindən Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən tələrbkarın nümayəndəsi təqdimatın təmin edilməsini xahiş etmişdir və bildirmişdir ki, borclu borcunu tam ödəməmişdir. İcra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən hesab edir ki, təqdimata icra məmuru və borclunun iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan 09.07.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya borcun ödənilməsi barədə xəbərdaqlıq edilmişdir. İş materiallarında olan Borclu tərəfindən verilmiş izahatdan görürür ki, o , icra vərəqi üzrə 1077 manat borcundan 200 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Tələbkarın nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Borclu 12.05.2022-ci il tarixinə 868,12 manat məbləğində borcu qalmışdır. Məhkəmə, təqdimatı və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borclu icra vərəqi üzrə borcunu ödəməmişdir və 868,12 manat məbləğində borcu vardır. Belə olan halda məhkəmə qeyd edir ki, borcun ödənilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2021 saylı, 21.05.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “X2 Prado” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulsun. Qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №8(004)-285/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-285/2022
12.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver