Məhkəmə qərarları › İş №8(004)-286/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-286/2022

11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-286/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi Tələbkar iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin MTT(004)-4510/2019-006 nömrəli, 18.07.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Kənan Quliyevin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin MTT(004)-4510/2019-006 nömrəli, 18.07.2019-cu il tarixli icra sənədi üzrə Borclu Əflatun oğlunun Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-4510/2019-006 nömrəli, 18.07.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Əflatun oğlundan 23 iyun 2005-ci il tarixdə anandan olmuş X4, 05.11.2009-cu il tarixdə anandan olmuş X2, 26.12.2017-ci il tarixdə anandan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 160 ( yüz altmış) manat sabit pul məbləğində aliment, cəmi 480 manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Alimentin tutulma müddəti 25 iyun 2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədi 19.07.2019-cu il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu Əflatun oğlu, icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu (***-***-**-**,***-***-**-**) telefon nömrəsi ilə əlaqələri saxlanılmış lakin, borclu telefona cavab verməyərək qərəzli şəkildə telefonu söndürmüş icra sənədini təmin etməkdən boyun qaçırmışdır. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar 21.04.2022-ci il tarixdə qəbul edilərək Borclu Əflatun oğlunun ünvan 1 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, icra məmuru və borclunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 4510/2019-006 nömrəli, 18.07.2019-cu il tarixli icra sənədinə əsasən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, borclu X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-4510/2019-006 nömrəli, 18.07.2019-cu il tarixli icra sənədi üzrə borclu, Borclu Əflatun oğlu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar