Məhkəmə qərarları › İş №8(004)-286/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-286/2025

14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-286/2025 14.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Borclu iştirakı ilə, Yasamal rayon İcra Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadına əsasən, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Yasamal rayon İcra Şöbəsinin icra məmuru Rəhman Atamoğlanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5288/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 155 manat olmaqla, cəmi 310 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması üçün təqdimat Yasamal rayon məhkəməsinə göndərilmiş və Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadı ilə torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar X1 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Borclu aliment borcunun olmadığı müəyyən edilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Yasamal rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmağı xahiş edilir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 155 manat olmaqla, cəmi 310 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadına əsasən, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X1 xx.xx.2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5288/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 2025-ci ilin aprel ayı da daxil olmaqla aliment borcu və alimenti tam şəkildə ödənilmişdir. Aliment borcu yoxdur. 6185 manat hesabına ödənilmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-727/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101 K saylı, 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar