Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-287/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.1971-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 3402,6 (üç min dörd yüz iki manat altmış qəpik) manat əsas borc, 2176,28 (iki min yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 768,92 (yeddi yüz altmış səkkiz manat doxsan iki qəpik) manat, ümumilikdə 6447,8 (altı min dörd yüz qırx yeddi manat səksən qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 84,48 (səksən dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart’ Kommersiya Bankına ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və icra işini tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 3402,6 (üç min dörd yüz iki manat altmış qəpik) manat əsas borc, 2176,28 (iki min yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 768,92 (yeddi yüz altmış səkkiz manat doxsan iki qəpik) manat, ümumilikdə 6447,8 (altı min dörd yüz qırx yeddi manat səksən qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 84,48 (səksən dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart’ Kommersiya Bankına ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Borclu ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında Qərarda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra Şöbəsinə gəlmədiyi halda barəsində məcburi gətirmə haqqında təqdimatla məhkəməyə müraciət olunacaqdır. “İcra haqqında” Qanunun 84.2-ci və 84.3-cü maddələrinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə icra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimatda göstərilənlər nəzərə alınmaqla, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məcburi gətirilmə tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-287/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-287/2023
08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver