Məhkəmə qərarları › İş №8(004)-287/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-287/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-287/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi (tələbkar) X2 iştirakı ilə, Ərizəçi (tələbkar) X6 tərəfindən verilmiş ödənilməli olan pul məbləğlərinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X6 ödənilməli olan pul məbləğlərinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi müəyyən edilmiş 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat məbləğinin ödənilməsindən uzun müddət yayındığı üçün bugünki tarixə inflyasiyanı nəzərə alaraq, 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat məbləğində pulun indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi (tələbkar) X6 ərizəyə uyğun izahat verərək, izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh X5 cəmi 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayan İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsini icraya yönəldilməsinə baxmayaraq, borclu icra vərəqəsi üzrə bugünədək icra eidlməmiş və borc hələ də qalmaqdadır. Məhkəmənin diqqətinə çatdırır ki, 2020-ci ildən bugünki günədək infilyasiya faizi yüksək olduğu üçün borclu tərəfindən ona ödənilməli olan 541,40 manat məbləğində pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. İcra sənədi üzrə borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni, ona əlavə edilmiş sənədləri və icra işini araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1235/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X5 maddi ziyan olaraq 506 manat, 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı və 5 manat notariat xərci olmaqla, cəmi 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat pul vəsaiti alınıb iddiaçı X4 verilməlidir. İcra sənədi 26 may 2021-cü il tarixdə icraya yönəldilmişdir. Məhkəmənin sorğusuna əsəsən təqdim edilmiş arxiv icra işindən və yenidən icraya yönəldilmiş icra işindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1235/2020 saylı 27 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata 26 may 2021-ci il tarixdə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə İcra sənədinin geri qaytarılması barədə qərarla icra sənədi geri qaytarılmış, daha sonra tələbkarın ərizəsi ilə təkrarən icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı 27 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə bugünədək icra edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna əsasən cavab məktubuna əsasən 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayınadək ayınadək bəzi ərzaq məhsullarının aylıq pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksləri haqqında məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - əzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir" Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə borclu X5 tutularaq iddiaçı (tələbkar) kimi ona ödənilməli olan 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat pul məbləğinin indeksasiya olunmasından ibarətdir. Araşdırılmış sübutlarla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli icra sənədinin borclu tərəfindən bugünədək icra edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş istehlak qiymətləri indeksi haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, istehlak qiymətləri indeksi 2021-ci ilin may ayından 2024cü ilin aprel ayınadək ayına nisbətən orta hesabla, 24.3% təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli icra vərəqəsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilməli, həmin icra vərəqəsi üzrə borclu X5 tutulmalı olan borc - 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat indeksasiya edilməklə 131,50 manat həcmində 541,40 manat x 24,3%:100%= 131,50 manat həcmində icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə borclu X5 tutulmalı olan cəmi 541,40 (beş yüz qırx bir manat qırx qəpik) manat indeksasiya edilməklə 131,50 (yüz otuz bir manat əlli qəpik) manat həcmində icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar