Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-290/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-265/2024 nömrəli qərardadı ilə Borclu əmlakının üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-265/2024 nömrəli qərardadı ilə borclular Borclu və X2 müştərək qaydada cəmi 4030 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-265/2024 nömrəli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-9945/2016 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “X4” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev xx.xx.2024-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-265/2024 nömrəli qərardadı ilə Borclu məxsus olan “X4” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılması və borclunun barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Bu əsasla xx.xx.2024-cü il tarixli qərarla “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, zərurət aradan qalxdığına görə borclunun əmlakının üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2024-cü il tarixli qərarı ilə tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi X1 xx.xx.2024-cü il tarixli ərizəsi əsasında “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-9945/2016 nömrəli icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-265/2024 nömrəli qərardadı ilə Borclu məxsus olan “X4” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-290/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-290/2024
14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver