Məhkəmə qərarları › İş №8(004)-292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-292/2023

18.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-292/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə X1 borclu "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-yə qarşı məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasına dair tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-446/2014 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MTK-dan 16092 ABŞ dolları ödəniş gününə manat məzənnəsi ilə tutularaq tələbkar X4 ödənilməlidir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən icra vərəqəsi üzrə tutulmalı məbləğin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-446/2014 saylı icra vərəqəsinə əsasən, "xxxx" MTK-dan 16092 ABŞ dolları ödəniş gününə manat məzənnəsi ilə tutularaq X4 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-20533/18 saylı cavab məktubu ilə bildirilmişdir ki, “X6 Qeydiyyatı İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan "xxxx" MTK-nın hüquqi varisinin "xxxx" MMC olduğu məlum olmuş və bununla bağlı icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli müvafiq qərar qəbul olunmuşdur. Qeyd olunan icra sənədləri icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır”. Göründüyü kimi, məhkəmə qərarı icraya yönəldilməsinə baxmayaraq, 9 ildən artıq müddətdir hələ də icra edilməmiş qalmışdır. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “https://www.azstat.org/pr03101011/” olan məlumatlardan görünür ki, 2023-cü ilin mart ayında 2014-cü ilin fevral ayına nisbətən istehlak qiymətləri indeksi 188,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 88,7 faiz artmışdır. Belə olan halda, həmin dövr üçün indeksasiya 88,7 % üzərindən hesablanmaqla, 24265,13 manat təşkil edir. 1) 16092 ABŞ dolları * 1.7 = 27356,4 AZN 2) 27356,4 / 100 * 88,7 = 24265,13 AZN 3) 27356,4 + 24265,13 = 51621,53 AZN Məhkəmə iclasında tələbkarın nümayəndəsi ərizəni müdafiə etmiş və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş borclu səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-446/2014 saylı icra vərəqəsinə əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MTK-dan 90000 ABŞ dolları məbləğində pul vəsaitindən faydalanmağa görə hesablanmış 16092,50 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq alınıb X4 verilməlidir. xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-446/2014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2014-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərara əsasən xx.xx.2013-cü il tarixli qərarla icraatına başlanmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(102)-525/2013 saylı və xx.xx.2014-cü il tarixlıi qərarla icraatına başlanmışYasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-446/2014 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)- 446/2014 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinə əsasən borcluya məxsus tələbin yönəldilə biləcək əmlakı olmaması səbəbindən icra edilmədən geri qaytarılmışdır. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan məlumatlardan görünür ki, 2023-cü ilin mart ayında 2014-cü ilin fevral ayına nisbətən istehlak qiymətləri indeksi 188,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 88,7 faiz artmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin X6 qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli **********173000 saylı məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh MMC xx.xx.2004-cü il tarixdə 0104-P88-41819 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınan "xxxx" MTK-nın hüquqi varisidir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə borclu "xxxx" MTK onun hüquqi varisi Cavabdeh MMC ilə əvəz edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada MPM-nin 232-ci maddəsində ödənilməli olan pul məbləğinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərdən qorunması məqsədi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin 2023-cü ilin mart ayında 2014-cü ilin fevral ayına 188.7 faiz təşkil etməsi nəzərə alınaraq qətnamə üzrə tutulmalı məbləğ indeksasiya edilərək borcludan tələbkarın xeyrinə 51621,53 (27356,4+(27356,4/100*88,7)) manat tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-446/2014 saylı icra vərəqəsi ilə "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-dən X2 xeyrinə tutulmalı olan məbləğ 16092 ABŞ dolları (27356,4 AZN) indeksasiya edilsin. 51621,53 (əlli bir min altı yüz iyirmi bir manat əlli üç qəpik) manat məbləğində pul borclu "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-dən tutularaq X4 ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar