Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-293/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi, X1 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7061/2014 nömrəli icra sənədinin məhkəməyə qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Məmmədovun xx.xx.2024-cü il tarixli qərarından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7061/2014 nömrəli icra sənədinin məhkəməyə qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Məmmədovun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. İcra işi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə X1 nümayəndəsi (anası) X2 nümayəndəsi və vəkili Vəkil verdiyi xx.xx.2023-cü il tarixli etibarnaməni nəzərdən keçirir və müəyyən edir ki, X1 nümayəndəsi (anası) X4 Vəkil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində verdiyi xx.xx.2023-ci il tarixli AR-İİİ 119532 nömrəli etibarnaməsində X3 məhkəmədə təmsil edilməsi və şikayəti onun əvəzindən imzalanması səlahiyyətlərini verməmişdir. Bu etibarnamədə xüsusi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə hesab edir ki, X1 adından verilmiş şikayət ərizəsi onu imzalamağa hüququ olmayan şəxs Vəkil tərəfindən imzalandığına görə Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, qanunun analogiyası tətbiq olunaraq şikayət baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, hazırkı şikayət tələbkarın özü tərəfindən deyil, nümayəndəsi və vəkli tərəfindən imzalanmışdır. Tələbkarın nümayəndəsinin təqdim etdiyi xx.xx.2023-ci il tarixli AR-İİİ 119532 nömrəli etibarnaməsində şikayətin verilməsi və imzalanması səlahiyyəti Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən xüsüsi göstərilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 259.0.3, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7061/2014 nömrəli icra sənədinin məhkəməyə qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Məmmədovun xx.xx.2024-cü il tarixli qərarından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-293/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-293/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver