Məhkəmə qərarları › İş №8(004)-294/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-294/2021

27.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-294/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Kənan Quliyevin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4601/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Kənan Quliyev Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixli qərarla icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4601/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu və X1 cəmi 11427,40 USD və 20 manat tutularaq “xxxx” İKB ASC-nin (“xxxx” ASC) xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə, “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda, “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində ünvan 1, ümumi sahəsi 218,60, 5 otaqlı mənzil olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Kənan Quliyev izahat verərək təqdimatı müdafiə etdiyini bildirmiş və məhkəmədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu mülkiyyətində olan ünvan 1, ümumi sahəsi 218,60 kv.m olan 5 otaqlı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu Borclu və tələbkar “xxxx” ASC – yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4601/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 cəmi 11427,40 USD və 20 manat tutularaq “xxxx” İKB ASC-nin (“xxxx” ASC) xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş elektron bazadan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 218,60 kv.m olan 5 otaqlı mənzil Borclu məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 218,60 kv.m olan 5 otaqlı mənzilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4601/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 218,60 kv.m olan 5 otaqlı mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar