Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-294/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, X1 icra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən şikayət ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 icra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin hərəkəti və hərəkəsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) borclu Gültən Ramazanova tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün məhkəmə qərarını icra etməyə borclu olan Gültən Ramazanovanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin (təqdimatın hazırlanması) görülməsinin Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin üzərinə vəzifə öhdəliyi olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli, özünün qanuni qüvvəsini almış qətnaməsi (icra sənədi) altı ildir ki, borclu Gültən Ramazanovanın əsassız, uydurma bəhanələri səbəbindən icra olunmamış qalır. Bunu səbəblərindən ən başlıcası icra sənədinin icrası həvalə olunmuş, Bakı şəhəri, Yasamal Rayon İcra şöbəsinin işin icraatını aparan icra məmurlarının (hazırda icra vərəqəsinin icrası icra məmuru Orxan Abdullayevin icraatındadır) məsuliyyətsizliyi, səriştəsizliyi, bəlkə də icra vərəqəsinin icra olunmamasında maraqlıdır. Bunun təsdiqi olaraq, icra məmuru Orxan Abdullayevin borclu Gültən Ramazanovanın icra məmurunun tələblərindən qərəzli yayınmaya görə məhkəməyə təqdim etdiyi təqdimatını göstərmək olar. Belə ki, həmin təqdimatla əlaqədar icra məmuru məhkəmədə məhkəmənin sualına cavabı olaraq bildirir ki, borclu Gültən Ramazanova ödəməli olduğu məbləği hər ay hissə-hissə ödəyir və onun ödənilməmiş borcu cəmi 16500 (on altı min beş yüz) manatdır. Halbuki, əvvəla borclu icra vərəqəsinin icraata götürüldüyü tarixdən 6 (altı) ilə yaxın müddətin keçməsinə hələ də 22000 (iyirmi iki min) manatdan yuxarı borc ödənilməmiş qalıb və son yeddi aydır ki, ümumiyyətlə heç bir ödəniş olunmur. İcra məmuru isə məhkəməyə görüntü üçün təqdimatını göndərir, məhkəmədə də borclunun ona olan borcunu azaltmaqla, yalan məlumat verərək qalmış borcun 16500 (on altı min beş yüz) manat olduğunu bildirir. Bu isə o anlama gəlir ki, icra məmuru ya bu işdə maraqlıdır, yada ki, icrasına verilmiş icra sənədinin icraatını bacarmır, səriştəsizdir. lşin belə məcrasına cavabdeh də ona görə icra şöbəsinin rəhbərliyidir Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X1 icra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X2 Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin hərəkəti və hərəkəsizliyinin qanunsuz hesab edilməsini xahiş etsə də, icra məmurunun hansı hərəkət və ya hərəkətlərinin, eləcə də hansı hərəkətsizliyinin qanunsuz hesab edilməsini göstərməmiş, bununla bağlı iş materiallarına hər hansı bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 icra qurumunun icra sənədinin icra olunması ilə bağlı hərəkətindən və hərəkətsizliyindən şikayət ərizəsi geri qaytarılsın. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-294/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-294/2023
20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver