Məhkəmə qərarları › İş №8(004)-294/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-294/2025

24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-294/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkarın nümayəndəsi X4 iştirakı ilə, X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3389/2023 nömrəli icra vərəqəsi üzrə icra hərəkələrinin aparılmasının qadağan edilməsi, icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3389/2023 nömrəli icra vərəqəsi üzrə icra hərəkələrinin aparılmasının qadağan edilməsi, icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 3389/2023 nömrəli icra vərəqəsi üzrə X2na məxsus olan əşyaların Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6cı girişinin 7-ci mərtəbəsində olan mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə Tələbkar MTK-dır. İddiaçı X6 tərəfindən cavabdeh Tələbkar MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia tələbi məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə müvafiq tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Həmin iş üzrə mənzil ekspert tərəfindən tədqiq edilənə qədər icra işi üzrə icraatın dayandırılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X7 ərizənin təmin olunmamasını xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində icra işi üzrə icraatın dayandırılmasının məcburiliyi əsasları, həmin Qanunun 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar qeyd edilmişdir (siyahı kifayət qədər geniş olduğundan məhkəmə həmin maddələri qərardada köçürməyi zəruri hesab etmir). Yəni, müvafiq Qanunun 17-ci maddəsində icraatın dayandırılmasının imperativ (məcburi) əsasları, 18-ci maddəsində isə dispozitiv (məcburi olmayan, lakin yol verilən) əsasları tənzimlənmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh Tələbkar MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-880/2025 nömrəli mülki işin mahiyyəti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı girişinin 7-ci mərtəbəsində olan mənzilə çəkilmiş təmir xərcinin tələb edilməsidir. Həmin iş üzrə mübahisə həll edilməklə məhkəmə tərəfindən müvafiq qərar qəbul ediləcəkdir. Sözügedən mülki iş ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3389/2023 nömrəli icra vərəqəsinin bilavasitə əlaqəsi yoxdur. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan mübahisə üzrə aparılan araşdırmanın mübahisə predmeti olan icra sənədinə hər hansı təsiri və ya əks təsiri mövcud deyildir. Həm icra sənədinin icrası, həm də iddia tələbi üzrə araşdırmanın aparılması müstəqil olaraq ayrı-ayrılıqda mümkündür. İcra sənədi üzrə borclu əşyalarını həmin mənzildən çıxartsa da, müvafiq ekspertiza qərardadının icrası təmin edilməlidir. Odur ki, ərizədə qeyd edilənlər əsassızdır. İcra sənədi üzrə icraatın dayandırılması barədə tələbkarın razılığı müəyyən edilmir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3389/2023 nömrəli icra vərəqəsi üzrə icra hərəkələrinin aparılmasının qadağan edilməsi, icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar