Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-296/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi Tibbi Ərazi X1 publik hüquqi şəxsin iddiaçı Tələbkar cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(004)- 974/2025 nömrəli qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(004)- 974/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar əmək kitabçasına onun əmək fəaliyyəti barədə bütün məlumatlar (işə daxil olma, işdən çıxma tarixləri, əmrlərin tarixi və nömrəsi və s.) qeyd edilməklə əmək kitabçasının iddiaçı Tələbkar təhvil verilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin üzərinə qoyulmuş, ödənilmiş 235 (ki yüz otuz beş) manat dövlət rüsumun 100 (yüz) manat pul cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsdən tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(004)- 974/2025 nömrəli qətnaməsi əlavə edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, sözügedən qətnamə üzrə ərizəçi Tibbi Ərazi X1 publik hüquqi şəxsi tərəf (iddiaçı və ya cavabdeh) olmamışdır. Mülki iş üzrə tərəf kimi müstəqil subyekt qismində Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi cavabdeh qismində çıxış etmiş və səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Qətnamə tərəflərə rəsmi şəkildə təqdim edilmiş, lakin, qətnamədən şikayət verilməmiş, qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Ərizəçi Tibbi Ərazi X1 publik hüquqi şəxsi sözügedən qətnamə üzrə tərəf olmadığından qətnaməyə izah verilməsi ilə ərizə ilə müraciət etməklə bağlı subyektiv hüququ yoxdur. Müvafiq ərizə yalnız borclu Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi, icra orqanı və ya tələbkar müraciət edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinə izah yalnız hər hansı anlaşılmazlıq olduqda, qətnamənin icra edilməsinə çətinliklər yarandıqda verilə bilər. Sözügedən qətnamənin həm nəticə, həm də əsaslandırma hissəsi kifayət qədər aydın və anlaşılandır. Odur ki, qətnamə üzrə izah veriləsi hər hansı hal mövcud deyildir. Belə ki, “İddiaçı Tələbkar əmək kitabçasına onun əmək fəaliyyəti barədə bütün məlumatlar (işə daxil olma, işdən çıxma tarixləri, əmrlərin tarixi və nömrəsi və s.) qeyd edilməklə əmək kitabçasının iddiaçı Tələbkar təhvil verilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin üzərinə qoyulsun. Ödənilmiş 235 (ki yüz otuz beş) manat dövlət rüsumun 100 (yüz) manat pul cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsdən tutularaq iddiaçı Tələbkar ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.” cümlələri kifayət qədər sadə və aydın cümlələrdir. Əsas mülki iş üzrə məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının əmək kitabçası hazırda Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsində saxlanılır və ona təqdim edilməmişdir. Yəni, göstərilən xüsusatlar cavabdeh tərəfindən qəbul edilmişdir. Əgər qətnamənin icrasında müvafiq texniki problemlər varsa da, hakimiyyət subyektləri olan Tibbi Ərazi X1 publik hüquqi şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sözügedən problem işçi qaydada həll edilməli və işçinin əmək kitabçası qanunla müəyyən edilmiş qaydada ona təqdim edilməlidir. Yekun olaraq, işçinin əmək kitabçası müvafiq işəgötürən tərəfindən müvafiq qeydlər tam şəkildə aparılmaqla təqdim edilməlidir. Qətnamə üzrə maddi və ya prosessual hüquq normalarının pozulması iddia edildikdə isə qanunla müəyyən edilmiş müddət ərzində (1 ay) tərəflərin apellyasiya şikayəti vermək hüququ vardır ki, bu müddət Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən ötürülmüşdür. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası adından qəbul edilməklə icrası bütün subyektlər (vətəndaşlar, hüquqi şəxslər, dövlət və qeyri-dövlət orqanları) üçün məcburi xarakter daşıyır, icra edilməməsi cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilən hüquqi əsaslara görə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tibbi Ərazi X1 publik hüquqi şəxsin iddiaçı Tələbkar cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək kitabçasının verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il 2(004)- 974/2025 nömrəli qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-296/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-296/2025
02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver