Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-297/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Borclu iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 2(001)- 879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi, “Hyundai 140” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi qət edilmişdir. 19 mart 2024-cü il tarixdə icra sənədi üzrə Borclu ilə arasında bağlanmış barışıq sazişinə əsasən onların bir-birlərinə qarşı heç bir əmlak tələbləri qalmamışdır. Məhkəmə iclasında iştirak edən Borclu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tələbkar və icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar və Borclu arasında bağlanmış 19 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi, “Hyundai 140” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İcraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qeyd edilənlər tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar ilə Borclu arasında bağlanmış 19 mart 2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər aşağıdakı şərtlərlə barışıq sazişini bağlamışlar:
1. İddiaçı Borclu birgə nikah dövründə əldə edilmiş və hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
2. İddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzili cavabdeh Tələbkar bağışlama yolu ilə mülkiyyətinə keçirməyini öhdəsinə götürür;
3. İddiaçı Borclu cavabdeh Tələbkar mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 nömrəli mənzilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
4. İddiaçı Borclu cavabdeh Tələbkar mülkiyyətində olan 2021-ci il buraxılışlı, “KİA SELTOS” markalı, 77BA292 dövlət qeydiyyat nişanlı avtomobilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
5. Cavabdeh Tələbkar iddiaçı Borclu mülkiyyətində olan 2013-cü il buraxılışlı, “HİNDAİ 140” markalı, 90UC292 dövlət qeydiyyat nişanlı avtomobilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
6. Cavabdeh Tələbkar bu Barışıq Sazişinin 1-4-cü bəndlərində nəzərdə tutulanların əvəzi olaraq iddiaçı Borclu 150.000 (bir yüz əlli min) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür;
7. İddiaçı Borclu Babək oğlu və cavabdeh Tələbkar bu Barışıq Sazişinin 1,3,4,5-ci bəndlərində nəzərdə tutulmuş əmlaklarla bağlı gələcəkdə heç bir tələblərinin olmayacağım öhdələrinə götürürlər;
8. Bu barışıq sazişi tərəflərin könüllü iradəsini ifadə edir və icrası hər iki tərəf üçün məcburidir;
9. Barışıq sazişi 3 nüsxədə tərtib edilmiş, bir nüsxəsi Binəqədi Rayon Məhkəməsinə təqdim ediləcək, bir nüsxəsi iddiaçı Borclu Babək oğlunda və bir nüsxəsi cavabdeh Tələbkar saxlanılacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi, “Hyundai 140” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Tələbkar, ½ hissəsinə Borclu payının müəyyən edilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmiş və müvafiq qaydada icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş və icra sənədində nəzərdə tutulmuş qaydada borclu və tələbkarın paylarının müəyyən edilməsi üçün aidiyyəti orqanlara məktublar ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İcraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qeyd edilənlər tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bununla yanaşı Tələbkar ilə Borclu 19 mart 2024-cü il tarixdə əmlakın başqa cür bölgüsünü nəzərdə tutan barışıq sazişi imzalamışlar. Hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir. Borclu isə məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsinin əsasları sadalanmışdır. Həmin Qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizəsi təmin edilməli, Tələbkar və Borclu arasında bağlanmış 19 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi və icra icraatına xitam verilməsi” barədə ərizəsi təmin edilsin. Tələbkar və Borclu arasında 19 mart 2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Borclu birgə nikah dövründə əldə edilmiş və hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
2. İddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzili cavabdeh Tələbkar bağışlama yolu ilə mülkiyyətinə keçirməyini öhdəsinə götürür;
3. İddiaçı Borclu cavabdeh Tələbkar mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 nömrəli mənzilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
4. İddiaçı Borclu cavabdeh Tələbkar mülkiyyətində olan 2021-ci il buraxılışlı, “KİA SELTOS” markalı, 77BA292 dövlət qeydiyyat nişanlı avtomobilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
5. Cavabdeh Tələbkar iddiaçı Borclu mülkiyyətində olan 2013-cü il buraxılışlı, “HİNDAİ 140” markalı, 90UC292 dövlət qeydiyyat nişanlı avtomobilinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-879/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 1/2 payından imtina edir;
6. Cavabdeh Tələbkar bu Barışıq Sazişinin 1-4-cü bəndlərində nəzərdə tutulanların əvəzi olaraq iddiaçı Borclu 150.000 (bir yüz əlli min) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür;
7. İddiaçı Borclu Babək oğlu və cavabdeh Tələbkar bu Barışıq Sazişinin 1,3,4,5-ci bəndlərində nəzərdə tutulmuş əmlaklarla bağlı gələcəkdə heç bir tələblərinin olmayacağım öhdələrinə götürürlər;
8. Bu barışıq sazişi tərəflərin könüllü iradəsini ifadə edir və icrası hər iki tərəf üçün məcburidir;
9. Barışıq sazişi 3 nüsxədə tərtib edilmiş, bir nüsxəsi Binəqədi Rayon Məhkəməsinə təqdim ediləcək, bir nüsxəsi iddiaçı Borclu Babək oğlunda və bir nüsxəsi cavabdeh Tələbkar saxlanılacaqdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Kərim Xudayev