Məhkəmə qərarları › İş №8(004)-300/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-300/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-300/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyevin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Osmanova (Zabelina) Oksana Sergeyevnanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Osmanova (Zabelina) Oksana Sergeyevnadan 16278,33 manat məbləğində pul vəsaitit tutularaq tələbkar “X4” ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1989-cu il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Osmanova (Zabelina) Oksana Sergeyevnanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4886/2024-013 nömrəli, 21,10.2024cü il tarixli icra sənədinə əsasən borclu X1 16278,33 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir. İş üzrə borclu X2 xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən icra məmuru Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyev təqdimatı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-4886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 4886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin borclu Osmanova (Zabelina) Oksana Sergeyevna tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Məhkəmə borc tələbi üzrə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Osmanova (Zabelina) Oksana Sergeyevnanın ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar