Məhkəmə qərarları › İş №8(004)-301/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-301/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-301/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, Yasamal rayon Məhkəməsinin 2(004)-744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə yaranmış borcun hissə-hissə ödənilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 2(004)- 744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə yaranmış 27000 manat borcun hissə-hissə, yəni hər ay 500 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 xx.xx.2024-cü il tarixdə teleqram-ərizə ilə məhkəməyə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alıb ərizəni nəzərdən keçirərək qeyd edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən QƏRARAALDİ: Yasamal rayon Məhkəməsinin 2(004)-744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə yaranmış borcun hissə-hissə ödənilməsi barədə X1 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar