Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-302/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-884/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ilə iddiaçı Tələbkar QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003R********** nömrəli razılaşma və ona əlavə edilmiş saziş ləğv edilməlidir. Cavabdehlər Borclu və X1 müştərək qaydada iddiaçı Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 5974,96 (beş min doqquz yüz yetmiş dörd manat 96 qəpik) manat əsas, faiz borcu üzrə 1059,17 (bir min əlli doqquz manat 17 qəpik) manat, 290,10 (iki yüz doxsan manat 10 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7324,23 (yeddi min üç yüz iyirmi dörd manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş üzrə ödənilmiş 93,24 (doxsan üç manat 24 qəpik) manat dövlət rüsumu cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3.-cü maddəsinə əsasən, yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Belə ki “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə, habelə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə və tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1.-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edilmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan halda, borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və “icra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatla bağlı bildirdi ki, onun fevral ayında məhkəməsi olmuşdur, ona bildirmişlər ki, qərar barədə məlumat veriləcək. Ödəniş qrafikina əsasən hər ay 550 manat ödəməlidir, lakin o, həmin məbləğin 300 manata azaldılmasını xahiş etmişdir. O, pulun ödənilməsi ilə bağlı Banka müraciət etmiş, lakin Bank pulun tam tutulmasını bildirmişdir. Bildirmişdir ki, o, borcdan qaçmır. Qeyd olunanlara əsasən, təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də müvafiq icra işini araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-710-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1976-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-302/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-302/2023
08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver