Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-308/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynov Borclu adına qeydiyyatda olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5340/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixlı icra sənədinə əsasən Borclu 5038,81 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Tələb icra edilmədiyi üçün borclunun adına rəsmiləşdirilmiş mobil telefon nömrələrinə Elektron icra sistemi vasitəsi ilə bildiriş göndərilmiş və o, izahat verilməsindən ötrü Şöbəyə dəvət olunsa da tələbi yerinə yetirməmişdir. Bu səbəblə icra haqqında Qanunun 43 və 44-cü maddələrinə əsasən iş üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Həyata keçirilən icra tədbirləri zamanı borclu şəxsin mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınmaz əmlak və gəlirlər aşkar edilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MERCEDES E220 CDİ MİNİK” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “MERCEDES E220 CDİ MİNİK” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 izahat verərək bildirdi ki, artıq bir ilə yaxındır borclu borcundan ödəniş etmir, onlara məlum olmuşdur ki, onun adına nəqliyyat vasitəsi var və icra sənədinin icrası məqsədilə icra məmuru həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, avtomobil onun adına olsa da, atasına məxsusdur. Atası taksi şoferidir, onda nitq qüsuru var. O, tələbkara olan borcunu etiraf edir, 10 il həmin şirkətin əməkdaşı olub. O, idarəyə yaxınlaşıb 3000 manatı ödəmək istəmiş, qalan borcu isə hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir, lakin tələbkar bunu qəbul etməmişdir. Hal-hazırda maddi imkanı yaxşı olmadığı üçün icra sənədi üzrə ödəniş edə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5340/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə cəmi 4972,08 (dörd min doqquz yüz yetmiş iki manat 08 qəpik) manat məbləğində pul vəsaiti və 66,73 (altmış altı manat 73 qəpik) manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5340/2023-013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobili qeydiyyatdan keçmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin icrası üçün məcburi icra tədbirləri kimi Borclu adına qeydiyyatda olan «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5340/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus «Mercedes E220 CDİ minik» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-308/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-308/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver