Məhkəmə qərarları › İş №8(004)-308/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-308/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-308/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, İcra məmuru X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçıya 10 iyul 2020-ci il tarixdə doğulmuş övladı X8 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın iştirakı ilə ünsiyyətdə olmaq hüququnun verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi qismən – ünsiyyətin “ananın iştirakı ilə” verilməsi hissəsində ləğv edilib və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı X11 oölunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(105)-3451/2022 saylı qətnaməsinə ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişiklik edilmiş, iddiaçı X5 10 iyul 2020-ci il tarixdə doğulmuş olan X8 ilə hər həftənin çərşənbə və bazar günləri saat 14:00-dan saat 19:00-dək uşağın ad günündə isə (hər il iyul ayının 10-da) saat 10:00-dan, saat 13:00-dək ünsiyyət hüququ verilmiş, qalan mübahisələndirilən hissədə qətnamə tərəflərin kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-155/2025 nömrəli qətnaməsi ilə borclu tərəfindən verilmiş qarşılıqlı iddia təmin olunaraq valideynlik hüquqlarında məhrum edilməyi qət edilmişdir. Həmin qətnamə əsassız olduğu üçün tərəfindən apellyasiya şikayəti verilmişdir. İcra məmuru da həmin qətnaməyə əsaslanaraq qanunsuz olaraq onun uşağı ilə ünsiyyətinin qarşısını almağa çalışmaqdadır. Halbuki “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində qeyd edilən “icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda” müddəası hazırki halı ehtiva etmir. Borclu tərəfində qaldırılmış iddia valideynlik hüquqlarından məhrum etməyə dairdir. Verilmiş icra sənədi isə uşaqla ünsiyyətin təmin olunması barədədir. Göründüyü kimi borclu tərəfindən icra sənədinə dair iddia qaldırılmamışdır. Maddənin digər hissəsi “və ya onun verilməsinə əsas olan tələbə” qarşı iddia qaldırılması halı da hazırki işdə mövcud deyildir. Çünki valideynin övladı ilə ünsiyyətinin təmin olunması üçün verilmiş icra vərəqəsi üçün əsas hər hansı tələb yox, qanundan yaranan atanın öz övladı ilə ünsiyyət hüququ olmuşdur. Yalnız valideynlik hüquqlarından məhrum etməyə dair Xətai Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ünsiyyətlə bağlı çıxarılmış ica vərəqəsinin aqibəti bəlli olacaqdır. İndiki halda icra məmuru tərəfindən bu cür qanunsuz qərar qəbul edilməsi ədalətsizlikdir. Həmçinin icraatın dayandırılması barədə qərarın tarixi xx.xx.2025-ci il olaraq səhifənin başlığında qeyd edilsə də, sənədin elektron imzalanma tarixi olaraq səhifənin aşağısında xx.xx.2025-ci il tarixi göstərilmişdir Bu da qəbul edilmiş qərarın prosessual tələblərə əsasən də qanunsuz olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 “icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Hazırki halda icra sənədinin verilməsinə əsas olan tələb uşağın atası ilə ünsiyyətdə olması olduğu halda həmin hal borclu tərəfindən mübahisələndirilməmiş, borclunun mübahisələndirdiyi məsələ atalıq hüququndan məhrumetmə ilə bağlı olmuşdur. Tələbkarın atalıq hüququndan məhrum edilməsi ilə bağlı məhkəmə qərarı isə qanuni qüvvəsini almamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən isə, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Xətai Rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayət ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Xətai Rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarı ləğv edilsin və və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar