Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-309/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, X1, Tələbkar iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)- 137/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)-137/2023 saylı icra sənədinin hər ay 200 (iki yüz) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək 6510 manat və ödənilmiş 90 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6600 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, maddi vəziyyəti ağırdır. Banka kredit ödənişləri edir. Himayəsində xəstə qardaşı varır. Əmək haqqısının yarısı hal-hazırda tutulur. Lakin qalan məbləğ onun yaşaması və xərclərinin ödənilməsi üçün kifayət etmir. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsinin hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək, izahatında bildirdi ki, 3 ildir ki, bu məsələ öz həllini tapmır. Bu gün də o, taksidən istifadə etməli olur. Onun da himayəsində xəstə yaxını vardır. Borcdan təxminən 1400 manata yaxın ödəniş edilmişdir. Qalıq məbləğin hər ay 200 manat olmaqla ödənilməsinə razı deyildir. Ona görə də rizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilmiş, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu və tələbkarın izahatlarını dinləyib, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək 6510 manat və ödənilmiş 90 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6600 manat məbləğində pulun X3 tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan bank sənədlərindən görünür ki, X5 ilə "xxxx" ASC və "xxxx" ASC arasında kredit müqavilələri bağlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)- 137/2023 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 200 manat ödənilməsi məbləğin 2 ildən uzun müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)- 137/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-309/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-309/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver