Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-310/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədi üzrə borcun müəyyən edilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədi üzrə onun 692 manat aliment borcunun olmasının müəyyən edilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə xx.xx.2023-cü il tarixli qəbzə əsasən ödədiyi 1.000 manatın aliment borcunun müəyyən edilməsində nəzərə alınması öhdəliyinin Yasamal rayon icra Şöbəsinin üzərinə qoyulması barədə qəbul qərar edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru onun təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbzə əsasən ödədiyi 1.000 manatı aliment borcunun müəyyən edilməsi zamanı nəzərə almamış, əsassız olaraq onun 692 manat aliment borcu olması qənaətinə gəlmişdir. İş üzrə tələbkara, borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X10 məhkəmə iclasında şikayəti əsassız hesab edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədi onun icraatına daxil olduqdan sonra X2 xx.xx.2023-cü il tarixli qəbzə əsasən ödədiyi 1.000 manatın aliment borcuna hesablanmasını xahiş etmişdir. O, bu ödəniş sənədinin icra sənədinin verildiyi tarixdən əvvəlki tarixə aid olduğuna görə aliment borcuna hesablamamış və borclunun 692 manat borcu qalması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Borclu hər ay 367,75 manat aliment ödənişi etməlidir. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, borclunun şikayəti əsaslı olduğundan təmin edilməlidir. Çünki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq X3 hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X9 ödənilməlidir. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 üç yaşına çatanadək qulluq etmək üçün X3 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq X9 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3943/2023 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixədək tamam olmuş aylar üçün ödənilməsi gecikdirilmiş aliment borcunun məbləği 692 manat təşkil edir (367,75 x 8 = 2942 manat - 2250 manat = 692 manat) “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Borclunun təqdim etdiyi xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 1000 manat aliment ödəmişdir, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablandığına görə 1.000 manat aliment borcunun ödənilməsinə hesablanmalıdır. İcra məmuru borclunun xx.xx.2023-cü il tarixdə ödədiyi 1.000 manat vəsaiti əsassız olaraq aliment borcunun ödənilməsinə hesablamamış və borclunun hüquqlarını pozmuşdur. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 26-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədi üzrə X5 692 manat aliment borcu olmasının müəyyən edilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. X1 xx.xx.2023-cü il tarixli qəbzə əsasən ödədiyi 1.000 (min) manat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli icra sənədi üzrə aliment borcunun ödənilməsinə hesablansın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-310/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-310/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver