Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-311/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Yasamal rayon Məhkəməsinin 2(004)-3081/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(004)-4320/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(004)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu Qurfan oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon Məhkəməsinin 2(004)-3081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Qurfan oğlundan cəmi 1700,49 manat məbləğində pul Tələbkar1 MMC-nin xeyrinə tutulmalıdır. Yasamal rayon Məhkəməsinin 2(004)-4320/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Qurfan oğlundan cəmi 1477,46 manat məbləğində pul tələbkar BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Yasamal rayon Məhkəməsinin 2(004)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Qurfan oğlundan cəmi 2323,81 manat məbləğində pul tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Hazırda Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla müraciət edərək Yasamal rayon Məhkəməsinin 2(004)-3081/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(004)-4320/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(004)-593/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədlərində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1967-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, 164B ünvanında qeydiyyatda olan Borclu Qurfan oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 3081/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə, 2(004)-4320/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə və 2(004)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə icraata başlamaqla könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu Qurfan oğlu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkə hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Yasamal rayon Məhkəməsinin 2(004)-3081/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(004)-4320/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(004)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə tələbin könüllü icrasına dair bildirişlərin surətindən müəyyən edilir ki, Borclu Qurfan oğlu bildirişləri və icraata başlamaq haqqında qərarların surətini xx.xx.2023-cü il tarixdə şəxsən imzalamaqla təhvil almışdır. Məhkəmə borcun tam ödənilmədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal, 164B ünvanında qeydiyyatda olan Borclu Qurfan oğlunun ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-311/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-311/2023
16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver