Məhkəmə qərarları › İş №8(004)-313/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-313/2023

16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-313/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin, Tələbkar, Borclu nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 14 fevral 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq, ilkin iddia üzrə cavabdeh Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq ilkin iddia üzrə iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Hal-hazırda Borclu aliment borcu 13.519 manat təşkil edir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Tələbkar təqdimatı müdafiə edərək, izahatında bildirmişdir ki, borclu gəlirlərini gizlədir. Özü də gizlənir. Hərtərəfli alimenti ödəməkdən yayınır. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, təqdimat əsassızdır. Borclu hazırda Azərbaycanda deyil və övladının təhsili ilə əlaqədar Almaniyada yaşayır. Bundan icra məmuru və tələbkarın da xəbəri var. Borclu işləmir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbkarın və borclunun nümayəndəsinin təqdimatla bağlı fikirlərini dinləyib, təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 14 fevral 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq, Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu tələbi könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş təqdim edilmişdir. İş materiallarında olan aliment üzrə borcun müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixə Borclu Tələbkar xeyrinə 13519 manat aliment üzrə borcun qaldığı müəyyən edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2023-cü il tarixli 2(103)- 393/2023 nömrəli qətnaməsinə əsasən, Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin olunması və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Tələbkar və Borclu uşaqlar üçün qarşılıqlı olaraq aliment tutulmasına aid hissədə ləğv edilməsi, Tələbkar və Borclu aliment tutulması barədə tələblərinin rədd edilməsi qət edilmişdir. İcra işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 28 aprel 2022-ci il tarixindən etibarən Azerconnect MMC və Borclu arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İcra işinin materiallarında olan Azerconnect MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilk dəfə şirkətə 24 avqust 2022-ci il tarixində daxil olmuşdur. Halbuki həmin tarxidə smiyeva Şölə Nizami qızı şirkətdə çalışmadığından, icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” 27 may 2022-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Bununla belə, hazırki icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2023-cü il tarixli 2(103)-393/2023 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi təqdirdə, həmin qətnamə ilə hazırki icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən icra sənədi üzrə icraata da xitam veriləcəkdir. Odur ki, hazırki halda Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına əsas yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar